Kənd təsərrüfatında rekord artım olub: Azərbaycanda 2 milyon 958 min 747 ton taxıl yığılıb
Tarix: 11.07.2019 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Dünya bazarında taxıl ticarət həcminin 2 faiz artaraq 415 milyon tona çatması və buğda ticarətinin iki dəfə artacağı proqnozlaşdırılır

Dünyada ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşıya qoyulan əsas vəzifələrdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan hesabata görə, qlobal ərzaq qiymətləri iyun ayında əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu azalma, süd məhsulları və bitki mənşəli yağların qiymətlərindəki azalma ilə əlaqədardır. Həmin azalma ilə qlobal ərzaq qiymətləri bir il əvvəlki səviyyəyə yaxınlaşıb. Ümumilikdə FAO Ərzaq Qiymətləri İndeksi may ayına nisbətən 0,3 faiz azalaraq iyun ayında 173 bala çatıb.
FAO Taxıl Qiymət İndeksi iyun ayında 6,7 faiz artıb. Bu artımın səbəbi ABŞ-da qarğıdalının qiymətinin artması olub. Digər tərəfdən bu vəziyyət buğda qiymətlərinə də təsir edib. Düyünün qiymətləri ümumiyyətlə sabit qalıb.
İyun ayında FAO Şəkər Qiymət İndeksi ötən ayla müqayisədə 4,2 faiz artıb. Bu vəziyyət, Braziliya realının ABŞ dollarına qarşı dəyər qazanmasından qaynaqlanıb. Digər tərəfdən, pendir və yağa olan zəif tələbat səbəbiylə, FAO Süd Qiymət İndeksi beş ayda ilk dəfə 11,9 faiz azalıb. Bir ay ərzində FAO Tərəvəz Qiymət İndeksi ay ərzində 1,6 nisbətində azalıb, palma yağı və soya yağı qiymətləri həm qlobal idxal tələbatının, həm də yüksək qlobal tədarük proqnozlarından geri qalıb. FAO Ət Qiymət İndeksi Şərqi Asiya ölkələrindən mal-qara, donuz əti və quş ətləri yaranan güclü idxal tələbilə bağlı may ayında müəyyənləşən qiymətindən 1,5 faiz artıb.
FAO, yeni Taxıl Tələb və Təklif xülasəsini nəşr edib və 2019-cu il üçün qlobal istehsal proqnozunu 2 milyard 685 milyon ton olaraq dəyişdirib. Bu, 2018-ci ildən 1,2 faiz artım deməkdir və bu il böyümənin böyük buğda istehsalı ilə bağlı olduğu göstərilir.
Hindistanın rekord istehsalına görə, dünyada buğda istehsalının 2019-cu ildə 5,6 faiz artaraq 771 milyon tona çatması gözlənilir. Bununla yanaşı, Afrika, Çin və ABŞ-ın bəzi bölgələri ilə bağlı proqnozlara görə, qlobal iri dənəli taxıl istehsalının bu il 398 milyon ton azalacağı təxmin edilir. Dünya düyü istehsalının 2018-ci il səviyyəsinə yaxın olan 516 milyon ton olduğu gözlənilir.
2019/2020-ci illərdə dünya taxıl istehlakının əvvəlki ilə nisbətən 1 faiz artımla 2 708 milyon tondan çox olacağı təxmin edilir. Buğda və düyünün isə qarğıdalı istehlakından daha sürətli artması gözlənilir. Qeyd edək ki, dünya bazarında taxıl ticarət həcminin 2 faiz artaraq 415 milyon tona çatması və buğda ticarətinin iki dəfə artacağı proqnozlaşdırılır.

Taxıl sahələrinin 92,1 faizində biçin başa çatıb

Son illərdə ölkəmizdə keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı və ixrac həcmi artıb, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənib. Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşdə də bildirib ki, Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir: “Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq”. Ölkə başçısı bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”.
Ölkə strateji əhəmiyyətli taxıl istehsalı ilə bağlı yerlərdə mövsümlə əlaqədar ciddi işlər gedir. Hazırda taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 15 min 737 hektar sahədə taxıl əkini aparılıb. Bunun 673 min 696,8 hektarı buğda, 342 min 39,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ölkə ərazisində 935 min 973 hektar ərazidə taxıl biçini aparılıb, 335 min 127 hektar sahədə arpa, 600 min 846 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 958 min 747 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahə, buğda əkilmiş 54 min 908 hektar zəminin 50 min 982 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahə və buğda əkilmiş 28 min 459 hektar zəminin 27 min 859 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,0 s/ha, buğda üzrə məhsuldarlıq isə 31,6 s/ha təşkil edir.
Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.
Qazax rayonunda bu ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektar sahədə isə arpa yetişdirilib. Ölkəmizin əksər bölgələrində olduğu kimi, Qazaxda da taxıl biçini vaxtında və itkisiz başa çatıb. Belə ki, əvvəlcədən görülmüş lazımi təhlükəsizlik tədbirləri nəticəsində biçin heç bir yanğın hadisəsi baş vermədən yekunlaşıb.
Qazax taxılçıları zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10 min 902,2 ton, 8305 hektar buğda zəmisindən isə 31 min 427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda zəmilərində isə 37,8 sentner olub. Biçin müddətində sahələrə 60 kombayn cəlb edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info