Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar
Tarix: 11.07.2019 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşün əsas mövzusu “Azərbaycanın xarici siyasətində diaspor fəaliyyəti və gənclərin rolu” olub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, düşərgədə müxtəlif mövzularda görüş və təlimlər davam edir. Tarixçi alim Solmaz Tohidi “Azərbaycanın 100 illik tarixi” mövzusunda, nəsimişünas alim Səadət Şıxıyeva İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı məlumat veriblər.
“Nəsimi 650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə də görüşüblər. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən görüş iştirakçılarda böyük təəssürat yaradıb.
Düşərgədə məlumat sessiyalarının biri Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə, ümumiyyətlə dünyada miqrasiya siyasətinə həsr olunub. Digər bir görüş Yüksək Texnologiyalar Parkı və bu sahədəki yeniliklərdən bəhs edib. Parkın direktoru Tural Kərimli mövzu ilə bağlı ətraflı məlumat verib.
Diaspor gənclərinin Şamaxının Dəmirçi kəndinə və Safari Parka ekskursiyaları da yaddaqalan olub.
Düşərgədə ünsiyyət bacarıqları, natiqlik və fərdi inkişaf təlimləri, eyni zamanda “Azərbaycanı tanı” yarışması da təşkil edilib.
Düşərgə iyulun 14-ə kimi davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
BDU-da əməkhaqları artırıldı
23.10.2019
Azərbaycanda aparılan köklü islahatlar iqtisadi dayanıqlı inkişaf modelini təmin edib
23.10.2019
Gəncədə velosiped yürüşü keçiriləcək
23.10.2019
Atəşkəsi pulemyotlar və snayperlər pozdu
23.10.2019
Trampın ticarət müşaviri vəzifəsindən azad olur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info