“YARAT”da açılan yeni iki sərgi üçün press-tur təşkil olunub
Tarix: 11.07.2019 | Saat: 22:52:00 | E-mail | Çapa göndər




İyulun 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisinə jurnalistlər üçün press-tur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, hər iki sərgi haqqında geniş məlumat verilib.
Bildirilib ki, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam, bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqazın müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

“Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonunda, manej, havada süzən və salto vuran obrazlarla dolu olur.

Taus Maxaçevanın Azərbaycan Milli Arxivinə, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü plaşlı milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə qurulmasını seyr etmək, VR (virtual reallıq) sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Rəssam, məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən, uzaq keçmişə və yaxın gələcəyə dair bu hekayələr müasir dövrün gerçək sirkini şərh edir.
Sərginin kuratoru Suad Qarayeva-Malekidir
Sonra media təmsilçiləri Zadi Çanın fərdi sərgisi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatların ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmi yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.
Sərginin son elementi rəssam tərəfindən ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.
Sərginin kuratorları “Art Night”-ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə, canlı performans, video, rəsm və parçalardan istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri - musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam adətən fantastik və fövqəltəbii reallıqlarda yer alan, Asiya haqqında təfərrüatlı identiklik hekayələrinin ifadə edilməsi üçün fərdi vizual dil yaradaraq, tamamilə yeni obrazlar və obyektlər təklif edən fərdi simvollar sistemini işləyib hazırlamışdır.
Zadi Ça (d.1983, Vankuver) hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, Vankuverdə Emili Karr İncəsənət və Dizayn İnstitutunu bakalavr (2007) və London Kral İncəsənət Kollecini “Rəngkarlıq” üzrə magistr (2014) dərəcəsi ilə bitirib. Ən son fərdi sərgiləri: “Soju Sipping on a Sojourn to Saturn”, Aqustina Ferreyra Gallery, Mexiko (2018), HOMEBOY 3030: Return the Tiger 2 the Mountain, Union Pacific, London (2018) və “The Conch, Sea Urchin and Brass Bell” (kurator Mette Kjærgaard Præst), Pump House, London (2017). Qrup sərgiləri: “Body Armor” (kurator Jocelyn Miller), MoMA PS1, Nyu-York (2018), “Paradise”, Night Gallery, Los-Anceles (2018) və “Four Pillar”, L’inconnue, Monreal (2018). Rəssam, həmçinin Palais de Tokyo, Heyvard Gallery, Serpentine Gallery, Block Universe və Böyük Britaniyada yerləşən Koreya Mədəniyyət Mərkəzi də daxil olmaqla beynəlxalq qalereya və festivallarda əsərlərini nümayiş etdirmişdir.
Sərginin kuratorları “Art Night”ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.
Hər iki sərgi sentyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22.10.2019
“Haqq mənəm, haqq məndədir”: “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
22.10.2019
Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib
22.10.2019
Folklor Festivalının seçim turunda Masallının “Halay” folklor və “Masallı” rəqs qrupu da çıxış edib
22.10.2019
Ukraynada “Nəsimi İli“nə həsr olunan tədbir televiziyada birbaşa yayımlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info