Vətən
Tarix: 12.07.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Mən, İbadova Heyran Şamaxı şəhərində anadan olmuşam. 2015- 2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili almışam.Şeirlərə həvəsim, marağım məktəb illərindən yaranmışdır. Məktəb vaxtlarından şeir müsabiqələrində ,tədbirlərdə iştirak etmişəm.Şeir yazmağada məktəb illərindən başlamışam. İlk yazdığım şeir "Anam" adlı şeirim olub.

Vətən
Bu elin qızıyam, bu torpaqdanam,
Döyünür, Vətənlə birgə ürəyim.
Mən qədim torpaqdan - Qarabağadanam,
Düşmənə əyilməz mənim kürəyim.

Gözümdə olsada Vətən həsrəti,
Ürəyimdə böyük məhəbbət yatır.
Gözümdə canlanır Şəhid surəti,
Ölməzlik zirvəsin hey xatırladır.

Vətən bölünməzdir, bilirik bunu,
Hər qarış torpağı bizə əzizdir.
Düşmənim qursada hiylə, oyunu,
Vətən məhəbbəti pakdır,təmizdir.

Əyməyin, dik tutun siz başınızı,
Siz mənim köməyim , dayağımsınız.
Mən sizin gözünüz, sizin qaşınız,
Siz mənim uğurlu sorağımsınız.

Anam
Keşiyimdə durdu of da demədən,
Yuxuya sinə gəlib, boyun əymədən,
Yuxusuz qalirdi o, dincəlmədən,
Qayğımı çəkirdi ürəyim anam.
* * * *
Ana müqəddəsdir, ona əl çatmaz,
Onuntək zirvəyə kimsə ucalmaz,
Anadan basqa da sirdaşın olmaz,
Ömrümün bəzəyi, işığı anam.
* * * *
Mən sənsiz bir heçəm ,sənsiz mən yoxam,
Qoymaki üzüləm, sənsiz darıxam,
Mən sənin yerinə dərdə yoluxam,
Dərdimin dərmanı,köməyim anam.
* * * *
Sənsiz bir günüm heç vaxt olmasın,
Gözünə nə kədər,nə yaş dolmasın,
O gözəl bənizin heç vaxt solmasın,
Həyatda dayağım, gərəyim anam.

Dünya
Qərib dünya,yaman sirli qutusan,
Çərxini fırladir zamanla fələk.
Gözünü bağlasan, dilini tutsan,
Nəfsinə də qalib gələsən gərək.
* * * *
Dünyanın min üzü, min baxışı var,
Hərəyə bir cürə diqqət eləyir.
Dünyanın enişi, min yoxuşu var,
Enişlə ,yoxuş da həqiqət diləyir.
* * * *
Yalanlar baş alib yeriyir artiq,
Yamanlar meydanda atin oynadir.
Dogrunu da yalana, nəfsə satdiq,
Bizi də qəflətdən kimlər oyadir?.
* * * *
İndi inanasan kimin sözünə?
Hansı həqiqətdir, hansı yalandır?
Anlada bilmirsən özün-özünə,
İnsan müvəqqəti,dünya qalandir.
* * * * *
Dünya, fırlanırsan sən öz oxunda,
Dürüst adamlara az rast gəlirsən.
Vicdanı tapmırsan indi çoxunda ,
Hiyləgər ,hiyləgər səndə gülürsən.


Ana
Elə ki, doğulub dünyaya gəldim,
O gündən nazımı çəkmisən, ana.
Bəlkə də mən sənə əziyyət verdim,
Sən kimisi birdə gəlməz cahana.
* * * *
Duamdır, üzündə qoy güllər açsın,
Həyatın sevinclə qoy keçsin , ana.
Bəd nəzər də səndən kənara qaçsın
Heç dəyməsin sənə göz nəzər, ana.
* * * *
Həyatda köməyim,arxam olmusan,
Allahda qoy səni qorusun, ana.
Gecədə, gündüzde oyaq qalmısan,
İndidə nazını mən çəkim ana.



Ey sərvi boylum, ey nazli gülüm,
O al yanağina aşiqəm sənin.
Ey süzgün baxışlım,ey qara gözlüm,
Süzgün baxışına asiqəm sənin.
* * * *
Saçları topuğa dəyən gözəlim,
O qara saçına aşiqəm sənin.
Ey mənim baharım, yazım xəzəlim,
Hər bir fəslinə aşiqəm sənin.
* * * *
Ey incə bellim, villur ətəklim,
Hər bir geyiminə aşiqəm sənin.
Ey dodagi şirin, balli, pətəklim,
O gül dodağina aşiqəm sənin.
* * * *
Gülüşü üzünə gözəllik verən,
O gülüsünə aşiqəm sənin.
Cağiran zaman səsimə hay verən,
O məftun səsinə aşiqəm sənin.


Güzgü ilə söhbət
Yaxınlaşıb Güzgüyə görərsən öz əksini,
Deyərsən ki, kim aşiq mənim kimi qadına.
* * * *
Güzgü isə söyləyər sənə bunun əksini,
Deyər ki düşün bir az, keçmişi sal yadına.
* * * *
Əksinə baxdıqca sən, fikir səni götürsün,
Birdən qayıt özünə,ürəyin köks ötürsün.
* * * *
Sən qaraqaş, qaragöz, gözəl bir incə xanım,
Onu cox incitmisən, düz deyilmi ay,canım?!
* * * *
Güzgüyə baxdıqca sən özünlə danışırsan,
Özgəyə rast gəlirsən, duruxursan, caşırsan.
* * * *
Deyirsən ki, mənəmmi sevdiyini incidən?
Odur mənim birdənəm, dəyərlidir incidən.
* * * *
Yenə töküb göz yaşı, sən onu xatırladın,
Güzgü sənə söylədi onu ozun apardın.







 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr
19.07.2019
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.2019
İnteqrasiya Mərkəzində İmadəddin Nəsiminin yubileyi qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info