Nazir: “Bu il daha çox vakant müəllim yerinin olacağı gözlənilir”
Tarix: 12.07.2019 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


“Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim yerinin elan olunacağı gözlənilir”. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir: “Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. İmtahanlarda hər gün orta hesabla 3200-ə yaxın müəllim iştirak edir".
C.Bayramov əlavə edib ki, hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir: "Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin İnkişafı üzrə Strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik rəqabətli peşəyə çevrilib".
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
18.02.2020
Azərbaycanda ilk dəfə Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan UNEC istedadı
18.02.2020
Rektor tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb
17.02.2020
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib
17.02.2020
Heydər Əliyev müdriklik missiyasının elmi-idraki şərhi...

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
2 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
3 Sarayın ləzzətləri: mutancana
4 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
5 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info