Cəfər Cəfərov “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb
Tarix: 12.07.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə, ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. İyulun 12-də “Azərbaycan Universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Cəfər Cəfərova təqdim edib.
Görüş zamanı rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, insan resurslarının inkişaf etdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında ətraflı məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.
“Azərbaycan Universitetləri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman son 3 ildə ADPU-da baş verən keyfiyyət dəyişiklikləri və mütərəqqi yeniliklər nəticəsində universitetin cəmiyyətdə nüfuzunun xeyli yüksəldiyini və müsbət imicinin formalaşdığını vurğulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans
16.07.2019
Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub
16.07.2019
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib
16.07.2019
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
16.07.2019
Rektor: “BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info