Azərbaycanın varlığını istəməyən güclərin “dezinformasiya oyunu”
Tarix: 12.07.2019 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Son günlər xaricdə yaşayan bir qrup mühacir daha çox dezinformasiya xarakterli məlumatlar paylaşmağa başlayıb. Əslində onların fəaliyyətində yalan, böhtan dolu xəbərlər, heç bir əsası olmayan məlumatlar daim yer alıb. Amma son günlərdə Fransada yaşayan Məhəmməd Mirzəli, Qənimət Zahid və digərləri yenidən bu istiqamətdə fəallaşıblar. Görünür, ölkədə tənqid etməyə mövzu qalmadığı üçün indi ictimai fikrə mənfi yöndən təsir etməyin köhnə yolunu yenidən işə salıblar. Əlbəttə, yalandan xəbər yayıb insanlarda hakimiyyətə, dövlətə qarşı qıcıq yaratmaq çox asandır. Yəni sosiallıqdır, sosial şəbəkələr, sosial media o qədər inkişaf edib ki, bir hadisəni fərqli yöndə, fərqli formada bəzəyib geniş kütləyə çatdırmaq olur. Məsələn, Fransaya qaçaraq oradan siyasi sığınacaq alan Məhəmməd Mirzəli adlı şəxs son on beş gündə sosial şəbəkələr vasitəsi ilə bir neçə dəfə dezinformasiya yayıb. Ayrı-ayrı məmurlar haqqında olan bu yalan, ortada olan hansısa hadisəyə, heç bir fakta əsaslanmayan məlumatlar isə istər-istəməz gənclərin beyninə mənfi yöndən təsir edir... Yəni Məhəmməd Mirzəli yalandan baxma, oxunma sayının artması üçün bir məmur haqqında neqativ hadisə uydurub video, şəkil düz-qoş edirsə, istər istəməz o dezinformasiya insanların diqqətini çəkəcək. Çünki neqativ başlıqlar daha çox diqqət çəkir...
Ümumiyyətlə, bu sirr deyil ki, Məhəmməd Mirzəli və digər sosial şəbəkələrdə “yatıb-duran” mühacirlər burada açdıqları kanallar, verilişlər vasitəsilə pul qazanırlar. Məsələn, Məhəmməd Mirzəlinin “YouTube”da videoları nə qədər çox izlənsə, bəyənilsə, o qədər çox ona pul köçürülür. Bunu gizlətmirlər də. Məhəmməd Mirzəli hətta ötən ilin sonlarında öz dostu olan digər mühacir Tural Sadıqlı ilə davaya qalxanda aşkar etiraf etmişdi ki, onlara bu fəaliyyətlərinə görə pullar gəlir, qrantlar da ayrılır... Xatırlayırsınızsa, məhz o qrantın Tural Sadıqlı tərəfindən “yeyilməsi” səbəbindən Məhəmməd Mirzəli onu təhqir etmişdi və düşmən olmuşdular.
Məsələnin bu tərəfi bir yana, bu cür yalan dolu, beyinləri zəhərləyən, insanları aqressivləşdirməyə hesablanmış xəbərlərin məqsədli şəkildə yayılmasınının digər təhlükəli tərəfi də mövcuddur. Bu isə Qərbdəki xüsusi xidmət orqanları, Anti-Azərbaycan dairələri, erməni lobbisinin təsiri altında olan bu mühacirlərin onların tapşırıqları və planları üzrə hərəkət etmələridir. Heç şübhəsiz ki, dezinformasiyaların yayılması da həmin dairələrin tapşırıqlarıdır. Yəni burada yalnız pul qazanmaq, qrant əldə etmək məqsədi güdülmür, ölkəmizə maksimum zərbə vurmağa çalışan, cəmiyyətimizi aqressivləşdirib dövlətə, hakimiyyətə olan inamı sarsıtmağa çalışan qüvvələrin istəklərinin həyata keçirilməsi də əsas məqsəddir.
Qısası, indi bu cür şişirdilmiş, iyrənc ifadələrlə dolu, heç bir fakta əsaslanmayan xəbərlərin videolarını çəkilib yayılmasının arxasında nələrin durduğunu yəqin ki, oxucular da anlayarlar.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək
17.01.2020
1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi
16.01.2020
Baş Nazir Əli Əsədov Mixail Mişustini təbrik edib
16.01.2020
“Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info