“Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları“
Tarix: 12.07.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyi "Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları" layihəsi çərçivəsində Salyan rayonunda ictimai müzakirə keçirib. İctimai müzakirə Salyan şəhər Tarix- Diyarşünaslıq Muzeyinin akt zalında baş tutub.
Təşkilatın sədri və layihə rəhbəri Mirintiqam Həsənov tədbiri giriş sözu ilə açaraq iştirakçılara layihə haqqında geniş məlumat verib.
M.Həsənov bildirib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, onun yaradılması və faydaları barədə əhalinin maarifləndirilməsi, təsərrüfatın inkişaf etdirilməsinə elmi yanaşma, innovativ üsulların tətbiq edilməsi, onların hüquqi biliklər əldə etməsi və imkanların reallaşdırılmasına yardım etməkdir.
Layihənin eksperti Fərid Vəlizadə qeyd edib ki, hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2,0-hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmirlər, müsir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli melorasiya və irroqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər. Buna görə də birgə təsərrüfatın yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevirilir.
Layihənin digər eksperti Aqil Babayev bildirib ki, aparılan tədqiqatlar və təhlillər onu deməyə əsas verir ki, yerlərdə çalışan insanların “kooperasiya”-ya münasibəti müxtəlifdir. Bu sahə üzrə maarifləndirmə və məlumatlandırma düzgün və ya heç aparılmadığından onlar kooperasiya anlayışını nəzəri cəhətdən düzgün təhlil edə bilmirlər və səriştəsiz şəkildə aqrar sahədən istifadə etməkdə davam edirlər. Mövcud durumda, xüsusi ilə dünyada ərzaq probleminin qlobal məsələyə çevrildiyi bir zamanda ölkənin aqrar sektorunun inkişafı ilə bağlı problemlərin əksəriyyəti hələ də öz həllini tapmadığı üçün artıq təcili islahatların aparılması çox vacibdir.
Daha sonra təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23.10.2019
“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu
23.10.2019
Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri
23.10.2019
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək
23.10.2019
Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçisi təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info