Təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Tarix: 12.07.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


İyulun 13-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir. Təhsil Nazirliyindən verilən məlumata görə, bu proses iyulun 19-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
“Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә işә qәbul vә çalışmanın yaş hәddinә çatmış direktorlarla әmәk münasibәtlәrinin tәnzimlәnmәsi Qaydaları”na edilmiş dəyişikliyə əsasən, müsabiqədə keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans
16.07.2019
Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub
16.07.2019
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib
16.07.2019
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
16.07.2019
Rektor: “BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info