İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!” layihəsi
Tarix: 12.07.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


“UNEC-i tanı” layihəsi ixtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmağa davam edir. Layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Xatırladaq ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlər bir semestr boyu hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edirlər. Bundan əlavə, Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. UNEC tələbələri 4 il ərzində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu əldə edə bilirlər. Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.
Layihədə iştirak etmək istəyənlər 18-46 “Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi Facebook səhifəsinə yaza bilərlər. Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi Facebook səhifəsində cavablandırılır.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans
16.07.2019
Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub
16.07.2019
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib
16.07.2019
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
16.07.2019
Rektor: “BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info