İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
Tarix: 12.07.2019 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Trend-in məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə gerçəkləşib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və media nümayəndələri iştirak edirdilər.

Tədbirdə “Mədəniyyət” qəzetinin yeni çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışı haqqında məlumat verildi. Qeyd olundu ki, nəfis tərtibatlı, 48 səhifədən ibarət xüsusi buraxılış dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini məcmu halda oxuculara təqdim edir.

Jurnalist yazıları müsabiqəsi haqqında verilən məlumatda qeyd olundu ki, müsabiqə Prezident İlham Əliyevin "Nəsimi ili" ilə bağlı 11 yanvar 2019-cu il sərəncamından irəli gələrək jurnalistləri stimullaşdırmaq məqsədilə təşkil edilib.

Tədbirdə sonra bədii hissə təqdim edildi. İmadəddin Nəsiminin qəzəlləri səsləndirildi, muğam ifaçılarının dahi şairin qəzəlləri üstündə musiqi nömrələri alqışlarla qarşılandı.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev səhnəyə dəvət olundu. Nazir çıxışında bildirdi ki, Mədəniyyət Nazirliyinin hər il Milli Mətbuat Günü ərəfəsində jurnalist yazıları müsabiqəsi keçirməsi ənənəvi hal alıb: "Lakin builki təqdimat keçən illərdəkindən bir sıra nüanslarına görə fərqlənir. Çünki bu müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər və rayonların mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri və digər tədbirlər ilin sonuna kimi davam edəcək”.
Nazir qeyd etdi ki, dahi şairin yubileyi və “Nəsimi ili”nin bu ilə təsadüf etməsinin xüsusi əhəmiyyəti var: “İki gün sonra biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini belə təmtəraqla, beynəlxalq səviyyədə qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malikik”.

Əbülfəs Qarayev bildirdi ki, ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk addımlarından biri Nəsiminin adının UNESKO-da tanıtdırılması olub. Ulu öndərin təşəbbüsü və səyləri ilə 1973-cü ildə dahi şairin anadan olmasının 600 illiyi UNESKO-da təntənə ilə qeyd olunub: “İndi isə UNESKO-nun mötəbər tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın yarım əsrdə keçdiyi möhtəşəm inkişaf yolunun göstəricisi, ölkəmizlə bu təşkilat arasında əlaqələrin möhkəm özülünün təsdiqidir”.

Nazir müsabiqədə qalib olan jurnalistləri təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli hər il Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan müsabiqələrdən söz açdı, Fond ilə fəal əməkdaşlığa görə nazirliyə təşəkkürünü bildirdi. O, tədbirin əvvəlində təqdim olunan bədii hissənin iştirakçılarda xoş əhval-ruhiyyə yaratdığını vurğuladı, minnətdarlığını bildirdi.
Müsabiqə haqqında danışan icraçı direktor qeyd etdi ki, müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 36 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən oxunub və qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən, 16 jurnalistin yazısı mükafata layiq görülüb.
Daha sonra qalib jurnalistlər mükafatlandırıldı.
“Xalq cəbhəsi” qəzetinin müxbiri Elçin İmaməliyev (Qaliboğlu) birinci, “Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Umudlu və “525-ci qəzet”in müxbiri Şahanə Mahmudzadə ikinci yerə layiq görüldülər. “Kaspi” qəzetinin müxbiri Fərid Hüseynov, “Şərq” qəzetinin redaktoru Ayyət Abdullayev və “Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərova isə üçüncü yerin sahibi oldular. On nəfər jurnalistə isə həvəsləndirici mükafat təqdim edildi.
Birini yerin qalibinə 1000 manat, ikinci yerin qaliblərinə (iki yer) hər biri 800 manat, üçüncü yerin sahiblərinə (üç yer) hər birinə 500 manat məbləğində pul mükafatı verildi. Həvəsləndirici yerlərin sahiblərinin hər biri 200 manat məbləğində mükafatlandırıldı.
Sonda çıxış edən nazir Əbülfəs Qarayev qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info