Yaponiya hökumətinin dəstəyi ilə Qaxın 2 kəndində su təchizatı layihəsi icra olunub
Tarix: 12.07.2019 | Saat: 19:35:00 | E-mail | Çapa göndər



Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Qax rayonunda sayca 8-ci layihənin icrası başa çatıb. İyulun 12-də rayonun Güllük kəndində “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Elbrus Tağıyev Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 2003-cü ildən uğurla davam etdiyini bildirib. Diqqətə çatdırıb ki, qrant yardımı proqramı çərçivəsində Qax rayonunda indiyədək 8 layihə reallaşdırılıb. Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edib. O, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Usui Takaaki Azərbaycanla ölkəsi arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını deyib.
Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 20 milyon ABŞ dolları olan 235 layihə üzrə qrant müqaviləsi imzalanıb. İcrası yenicə başa çatan bu layihə üzrə işlər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan icma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi arasında imzalanan müqavilə əsasında yerinə yetirilib. Layihənin ümumi dəyəri 89,1 min dollar təşkil edib. Layihə çərçivəsində Baydarlı kəndində də sakinlərin su təchizatı yaxşılaşdırılıb.
Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
Dövlət Miqrasiya Xidməti Salyan və Neftçalada səyyar xidmət təşkil edib
21.02.2020
Daha bir məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
21.02.2020
22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticələri ləğv edilib
21.02.2020
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək
3 Özbəkistanda Kuşan səltənətinə aid taxıl anbarı tapılıb
4 Son on ildə muxtar respublikada 77 min uşaq dünyaya gəlib
5 Prezident: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info