Hikmət Hacıyev Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edib
Tarix: 13.07.2019 | Saat: 00:22:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü ilə Londonda yerləşən və dünyanın ən qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Reallıqlar altında Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda (Azerbaijan’s Foreign Policy Priorities under New Realities) çıxış edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Diplomatiyasının 100 illiyinin böyük təntənə ilə keçirildiyini bildirən Hikmət Hacıyev Azərbaycanın bugünki xarici siyasətini formalaşdıran amillər və ölkəmizin xarici siyasət prioritetləri barədə qonaqlara məlumat verib. Ölkəmizin xarici siyasətdə kənarlaşdırıcı deyil, inklyüziv yanaşmanı rəhbər tutduğunu bildirən H.Hacıyev, bu gün Azərbaycanın dünya dövlətləri ilə balanslaşdırılmış və faydalı münasibətlərinin olduğunu nəzərə çatdırıb.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib ki, təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı Azərbaycan qədər müvəffəqiyyətli olmur və bu mənada ölkəmiz inkişaf etməkdə olan ölkələr üçün model təşkil edir.
O, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin ən əsas hədəfi olduğunu bildirib və auditoriyaya sülh danışıqlarının son vəziyyəti barədə məlumat verib. O, yalnız ədalətli sülhün dayanıqlı sülh olduğunu nəzərə çatdıraraq əlavə edib ki, Azərbaycan substantiv danışıqlar deyərkən, Ermənistanın qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını və işğala son verilməsini nəzərdə tutur. H.Hacıyev Ermənistanı işğal siyasətindən əl çəkməyə və regional inteqrasiyadan maksimum faydalanmağa çağırıb.
Daha sonra H.Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq tərəfdaşlıqları, qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq sənədinin razılaşdırılması ilə bağlı hazırkı vəziyyət, ölkəmizin Şərq Tərəfdaşlığındakı rolu, onun inkişaf etməkdə olan ölkələrlə diplomatik münasibətlərinin perspektivləri, habelə Brexitdən sonra Azərbaycan və Böyük Britaniya arasında münasibətlər, Kəmər və Yol Təşəbbüsü və sairə barəsində sualları cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
26.02.2020
Azərbaycan XİN başçısının müavini Zöhrab Mnatsakanyana cavab verib
26.02.2020
Fransa portalı: Faciələri tarixə həkk etmək yaddaşımızın borcudur
26.02.2020
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
26.02.2020
OIC General Secretariat Commemorates Khojaly Massacre

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info