Göbələk supu
Tarix: 14.07.2019 | Saat: 11:18:00 | E-mail | Çapa göndər


Tərkib:
- 400 qr şampinyon göbələyi
- 3-4 orta ölçüdə kartof
- 1 soğan
- 1 bolqar bibəri
- 1 kök
- 2 diş sarımsaq
- göyərti (zövqə görə)
- zeytun və kərə yağı (qızartmaq üçün)
- duz, istiot, dəfnə yarpağı

Hazırlanması:
1. Tərəvəzləri təmizləyin, doğrayın.
2. Soğanı zeytun yağı ilə kərə yağının qarışığında qızılı rəng alana qədər qızardın, kök, bolqar bibəri əlavə edin, yumşalana qədər qızardın.
3. Tavaya sarımsaq sıxın, 1-2 dəqiqə qızardın, tavanı oddan götürün.
4. Qazana 2 l su (və ya bulyon) tökün, qaynadın. Suya kub şəklində doğranmış kartof və göbələyi tökün, yumşalana qədər bişirin. Duz, istiot, dəfnə yarpağını əlavə edin.
5. Qazana qızardılmış tərəvəzləri (soqan, kok və s.) əlavə edin, qarışdırın, hazır olana qədər bişirin. Sup hazır olanda dəfnə yarpağını çıxardın.
6. Masaya verəndə üzərinə doğranmış göyərti tökün. Supu blenderdə əzmək olar.

Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
12.02.2020
Sarayın ləzzətləri: mutancana
11.02.2020
İlan balığından kabab- VİDEO
07.02.2020
’’Testi kebabı’’
04.02.2020
İslim kababı necə hazırlanır?
29.01.2020
Sarayın ləzzətləri: rokalı Uludağ kababı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info