Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
Tarix: 15.07.2019 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ənənəvi müxalifət son illər qürub çağını yaşayır. Əslində, 90-cı illərin ortalarından başlayaraq radikal müxalifətçiliklə məşğul olan bu düşərgənin nümayəndələrinin heç yüksəlişləri olmuşdu ki, qüruba doğru da enələr... Bu neçə illər ərzində daim “inqilab!” “mitinq!” filan qışqırıb, dar çərçivədə fəaliyyət göstərməyi seçən müxalifətçilər, müxalifət partiyaları cəmiyyət üçün vacib fenomenə, ciddi siyasi təşkilatlara çevrilmədilər. Amma bu onlar üçün qorxulu, kədərləndirici hal sayılmırdı. Çünki daim şəxsi ambisiyaları milli maraqlardan, xalqın maraqlarından öndə tutan müxalifət rəhbərləri üçün əsas məsələ xaricdən maliyyə yardımları almaq, qrantlar hesabına yaşamaq olub. Amma bu gün ənənəvi müxalifət üçün yeni bir kabus formalaşıb ki, bu da xaricdə yaşayan bir qrup söyüşcül dəstədir. Bu antimilli mühacirlər qrupunun fəaliyyəti əslində ənənəvi müxalifətin illərlə davam edən səbatsız fəaliyyətindən fərqlənmir. Onlar da qrant üçün öz ölkələri əleyhinə fəaliyyət göstərib müəyyən gözdənsalma kampaniyaları aparırlar, 90-cı illərdən qalmış uğursuz siyasətçilərdən formalaşmış ölkəmizdəki müxalifət də... Mühacirlər də normal siyasətdən uzaq radikal düşüncə tərzinə malikdirlər, ikincilər də... Müxalifətdə olan fəallar, partiya rəhbərləri bu on illər ərzində erməni lobbisinin maraqlarına necə xidmət ediblərsə, söyüşcül dəstənin üzvləri də eyni xətti tutub gedirlər. Ortada aşkar nümunə-Orduxan Temirxanın “ermənilər bizim tarixi abidələri, qəbirləri dağıtmayıblar” kimi sayıqlaması da var.
Qısası, bütün bu oxşarlıqlar hər iki tərəfi birləşdirsə də, ümumilikdə, bir-birilərnə düşmən kimi yanaşırlar. Çünki “təzələr” “köhnələr”i qəbul etmirlər, onları “köhnələr insanlarda qıcıq yaradırlar”, “90-larda hakimiyyəti əldən veriblər”, “müasir düşüncə tərzinə, yeni siyasi mübarizə metodlarına malik deyillər” kimi ittihamlarla üz-üzə qoyurlar. Ənənəvi müxalifət isə zamanı düşdükcə birinciləri tikanlayaraq, mühacirlərin qrant üçün ortalıqda atılıb-düşdüklərini, təcrübəsiz olduqlarını deyirlər. Əslində, doğrudan da bu, deyildiyi kimidir. Məsələn, Orduxan Temirxanın “həmrəylik” layihəsi sırf pul qazanmağa, kampaniya yaradıb qrant almaq məqsədinə xidmət edir. Yəni adam özü də görür ki, həmrəyliklə bağlı çağırışları effekt vermir, elə özü deyib, özü eşidir. Hətta bununla bağlı statusları, videogörüntüləri 100, lap belə uzağı 200 adam bəyənir. Son statuslarının birində də Hollandiyada yaşayan bu şəxs hansısa maliyyə hesabına Lüksemburq şosesində peyda olub körpüyə anormal plakat yapışdırır, öz kampaniyası və digər məsələlər barədə anormal çıxışlar edir. Təbii ki, bütün bunlar qrantı almaq üçün Anti-Azərbaycan dairələr qarşısında edəcəyi “məruzəyə” hesablanıb. Layiq olmadığı bayraq isə belə kampaniyalar müddətində əlindən düşmür. Təbi ki, bu da publikaya hesablanmış bir hiyləgər addımdır... Bayrağını sevən adam ermənilərin xeyrinə fikir səsləndirməzdi. Bayrağına sevgisi olan adam ildə bir neçə dəfə öz ölkəsinin səfirlikləri qarşısında aksiyalar təşkil etməzdi. Avropada yaşayan biri kimi, Xocalı faciəsi günü, digər işğalla bağlı tarixlərdə Ermənistan səfirliklərinin qarşısında şüarlar səsləndirərdi. Yəni bu mənada ənənəvi müxalifətin hər iki qolu bir-birinə doğrudan da çox bənzəyir. Amma yola gedə bilmirlər!
Hətta iki gün öncə Qənimət Zahidin “YouTube” kanalında qonaq olan ABŞ-da yaşayan 90-cı illərin səbatsız kadrlarından sayılan müsavatçı Ramiz Yunus da öz dili ilə deyib bu məsələyə işarə vurdu ki, bu iki düşərgə arasında olan narazılıq hələ də davam edir. Ramiz Yunus özü qeyd etdi ki, ABŞ-a gələn həmin mühacirlər dəstəsi onun üzünə olmazın sözlərini deyiblər. Onun fikirləri belə oldu: “Xatirimdədir ki, mən Vaşinqtonda olanda Emin Milli ilə Orduxan Temirxan bura gəlmişdi. Ümumilikdə, 10 nəfərlik qrup idi. Görüşdüm və bu adamlar fürsət tapdılar deyə, başladılar mənə 92-93-cü illərlə bağlı nə gəldi “döşəməyə”. Hətta bunu çəkib “YouTube”da yerləşdirən oldu, kəskin, yarım saatlıq diskussiyamız baş tutmuşdu. Mən onlara da dedim ki, baxın, gəlmişəm, “döşəyin”. Amma hazır olun ki, mən də öz arqumentlərimi ortaya qoyacağam. Mənim mövqeyimlə razı olmasalar da, söhbətdən qaçmadılar”.
Beləcə, “90-cı illərdə gəldiniz, yarıtmaz siyasət sərgilədiniz” və s. kimi sərt tənqidlərlə üz-üzə qalan Ramiz Yunus bundan qıcıq olduğunu gizlətmədi. Ümumilikdə isə görünən odur ki, yenilərlə köhnələr arasında olan fikir ayrılığı, düşmənçilik mövqeyi hələ uzun çəkəcək...
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info