Rezidenturaya ixtisas seçimi başlayıb
Tarix: 16.07.2019 | Saat: 09:01:00 | E-mail | Çapa göndər



Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi iyulun 16-dan 22- dək aparılacaq.
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
İmtahanda iştirak edən 447 namizəddən 351-i müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90 dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
06.08.2020
AzTU-nun rektoru “İDRAK Texnoloji Transfer“in rəhbərliyi ilə görüşüb
06.08.2020
Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb
05.08.2020
ADAU-da doktorantlarla görüş keçirilib
05.08.2020
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info