Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir
Tarix: 16.07.2019 | Saat: 11:00:00 | E-mail | Çapa göndər



Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üçün tələbə qəbulu elan edir.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi orta təhsil bazasında təhsil alanlar təhsil müddəti 3 il olan geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, kənd təsərrüfatı məhsulları istehsalı üzrə fermer, tikiş avadanlıqlarının operatoru, tikişçi və təhsil müddəti 2 il olan bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi, üzümçülük və şərab ustası ixtisaslarına ərizə verə bilərlər.
Tam orta təhsil bazasını bitirən məzunlar isə traktorçu–maşinist, xarrat, dülgər və parket ustası, telefon rabitəsi və radiolaşdırmanın xətt qurğularının elektromontyoru, xalçaçı, çilingər-santexnik ixtisaslarında dövlət hesabına, kompüter operatoru, əməliyyatçı–mühasib, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, mühafizəçi, kimyəvi-bakterioloji analiz laborantı, avtomobil üzrə elektrik, ağacdan bədii məmulatlar hazırlayan usta ixtisaslarında ödənişli əsaslarla təhsil ala bilərlər.
Dövlət hesabına oxuyan tələbələrə hər ay 50 manat təqaüd verilir.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19.08.2019
Aİİ rektoru qəbul prosesini izlədi
19.08.2019
660 bal toplayan gənc ADPU-nun Şəki Filialını seçdi
19.08.2019
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub
19.08.2019
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info