Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub
Tarix: 16.07.2019 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub.
Jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir” – sözləri qeyd olunub. Eyni zamanda, jurnalın birinci səhifəsində XIX əsrə aid Azərbaycanın milli geyimləri, mətbəx əşyaları və xalçası da əks olunub.
Baş redaktoru Bolqar İslam Akademiyasının rektoru Rafiq Muxametşin olan jurnalda Azərbaycan haqqında məqalələr də nəşr edilib.
Dünyanın müxtəlif ölkələrinin tanınmış alimlərinin daxil olduğu jurnalın Redaksiya Heyətinin sədri Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Vitali V.Naumkindir.
Qeyd edək ki İslamın yaranmasından müasir dövrə qədər onun bütün sahələrini əks etdirən tarixi, psixoloji və teoloji cəhətdən əsaslandırılmış “Minbar” jurnalı İslam dini və İslam dünyasının bütün aspektlərini əhatə edir.
Məlumat üçün bildiririk ki, jurnalın baş redaktorunun müavinləri – Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şəmil Kəşşaf və Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və Çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti Olqa Pavlova “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda iştirak ediblər. Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan görüşlər zamanı “Minbar” jurnalının növbəti saylarında Beynəlxalq Simpozium haqqında məlumatların çap olunması qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19.08.2019
Aİİ rektoru qəbul prosesini izlədi
19.08.2019
660 bal toplayan gənc ADPU-nun Şəki Filialını seçdi
19.08.2019
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub
19.08.2019
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info