Çavuşoğlu Avropaya meydan oxudu: “Aralıq dənizinin şərqində 3 gəmimiz var, dördüncünü də göndərəcəyik”
Tarix: 16.07.2019 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


Türkiyəyə qarşı qəbul edilən sanksiyaların həyata keçirilməsinin mümkün olmadığını özləri də yaxşı bilir

“Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışına dair kəşfiyyat-qazma işləri ilə bağlı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının qərarları rəsmi Ankara üçün heç bir əhəmiyyət daşımır. Türkiyə bölgədəki fəaliyyətini davam etdirəcək”. Türkiyə tərəfi Aİ-nin Xarici Əlaqələr Şurasının mövzu ilə bağlı qərarına kəskin şəkildə etirazını bildirib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kipr adasının türk icması adanın bütün sərvətləri və imkanlarından bərabər pay almaq hüququna malikdir. Məlumatda Kipr adasına dair tarixi proseslər, eləcə də mövcud siyasi vəziyyət barədə ətraflı məlumat verilir və diqqətə çatdırılır ki, Türkiyə həm özünün, həm də Şimali Kiprin hüquqlarını indiyədək olduğu kimi, bundan sonra da qorumaqda davam edəcək. Qeyd edək ki, Aİ Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib . Bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının yükunları üzrə qəbul edilən bəyanatda deyilir. Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərini davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib". Bundan əlavə, Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankına Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir". Həmçinin Aİ Şurası vurğulayır ki, Brüssel Ankaraya qarşı yeni sanksiyalar hazırlamağa davam edəcək: "Şura bu məsələ ilə məşğul olmağa davam edir və Ai Şurasının 20 iyun tarixli yekunlarına uyğun olaraq Ali nümayəndəyə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini) və Avropa Komissiyasına Türkiyənin Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyəti fonunda məqsədli tədbirlərin variantları üzərində işi davam etdirməyi təklif edir. Şura hadisələrin gedişini diqqətlə izləyəcək və zərurət yaranarsa, bu məsələyə qayıdacaq". Bu sanksiyalara daha bir cavab Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlundan gəlib. Anadolu Agentliyi bildirir ki, Çavuşoğlu deyib: “Türkiyəyə qarşı qəbul edilən sanksiyaların həyata keçirilməsinin mümkün olmadığını özləri də yaxşı bilir. Türkiyəyə qarşı belə addımlar atarsanız, biz də fəaliyyətimizi daha da genişləndirərik. Aralıq dənizinin şərqində 3 gəmimiz var, dördüncünü də göndərəcəyik”.

Anar




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
“Məni koronavirusa qəsdən yoluxdurublar”
06.08.2020
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info