18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
Tarix: 16.07.2019 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək. Qol.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb. Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür. Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, “Slaviya” (Praqa) klubunda çıxış edir. "Qəbələ"nin rəsmi saytının xəbərə görə, klublar arasındakı razılaşmaya əsasən, iki illik icarə müddətində qarşı tərəf "Qəbələ"yə ödəniş etməklə 18 yaşlı hücumçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, futbolçunun satışından "qırmızı-qaralar" 20 % əlavə gəlir əldə edəcək. Qeyd edək ki, S. Qurbanov 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Gənclər Liqası turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Avropa Liqasında 1/4 finalçılar bəlli oldu
07.08.2020
“Sevilya“ “Roma“ya belə qalib gəldi - VIDEO
06.08.2020
Daha bir bölgə klubu fəaliyyətini dayandırır?
06.08.2020
“Barselona“nın hücumçusu sıraya döndü
06.08.2020
“Barselona“ 19 yaşlı hücumçu aldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info