İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı
Tarix: 16.07.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinə məxsus tanker, güman edildiyinə görə, İran hərbçiləri tərəfindən ələ keçirilib. Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, məlumatı ABŞ kəşfiyyatındakı mənbə yayıb. CNN-in müxbiri Barbara Starrın xəbərinə görə, gəmi Panamanın bayrağı altında üzüb və SEPAH-ın hərbi katerləri ekipajı gəmini İranın ərazi sularına istiqamət almağa məcbur edib. Müxbir əlavə edib ki, hadisə ötən həftənin sonunda baş versə də, Əbu-Dabi hələlik buna reaksiya verməyib. Bundan başqa, Amerika kəşfiyyatının bildirdiyinə əsasən, gəminin ekipajı ilə əlaqə saxlamaq mümkün olmayıb. Fars körfəzindəki bəzi mənbələr qeyd edir ki, gəmi, sadəcə olaraq, sıradan çıxıb və İran tərəfindən təmir olunmaq üçün sahilə çatdırılıb. Lakin ABŞ tərəfi iddia edir ki, ekipajla əlaqə qurmaq mümkün deyil. Sosial şəbəkələrdə dərc olunmuş xəritələrə görə, sonuncu dəfə gəmi heyəti əlaqəyə Hörmüz körfəzindəki adalardan birinin yaxınlığında olarkən çıxıb.




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
“Məni koronavirusa qəsdən yoluxdurublar”
06.08.2020
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info