Erməni qadınların problemləri
Tarix: 16.07.2019 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Nazir müavini: "Ermənistanın regionlarında qadınların əsas problemi işin olmaması, yarıtmaz səhiyyə və cinsi ayrı-seçkilikdir"

Bu gün işsizlik Erənistanın ən ağrılı yeri olmaqdadır. Qeyd edilməlidir ki, bu ölkədəki işləmək qağiliyyətində olan kişilərlə yanaşı, qadınlar da iş tapa bilmirlər. Xatırladaq ki, bu ilin təkcə may-iyun aylarında ölkədəki 56 ictimai təşkilatın nümayəndələrinin iştirakı ilə Ermənistanın 10 bölgəsində görüşlər keçirilib. Qadın işsizliyi ilə bağlı aparılan bu müzakirələr 175 –dən artıq vətəndaşı əhatə edib.
Ermənilərin «News.am» saytının verdiyi məlumata görə , bu barədə ölkənin Əmək və Sosial Məsələlər üzrə nazir müavini Janna Andreasyan nazirliyin təşəbbüsü ilə ilə regionlarda qadın hüquqlarının qorunması ilə bağlı keçirilən müzakirələr zamanı məlumat verib: «Ermənistan balaca ölkədir. Biz bu ölkədəki qadınların həyatı ilə tanış olmaq üçün 1765 km-dən artıq yol qət etməli olduq. Təbii ki, problemlər var. Bu gün respublikanın bölgələrində yaşayan insanların əsas problemləri məşğulluqla, daha çox sosial-iqtisadi problemlərlə bağlıdır. Bundan başqa, bölgələrdəki yarıtmaz səhiyyə məsələləri, təhsil, cinsi ayrı-seçkilik, qərarların qəbul edilməsində və zorakılıqda qadınların iştirakı ilə bağlı məsələlərdir».
Janna Andreasyanın sözlərinə görə, onların səfərləri zamanı ən çox müzakirə olunan məşğulluq məsələsi olub. Nazir müavininin sözlərinə görə, regiondakı insanlar işsizlikdən, profil üzrə işləmək üçün məhdud imkanlardan şikayətləniblər.
Maraqlıdır ki, jurnalistlərin əyalətdəki erməni qadınlarının zorakılığa məruz qalması, hüquqlarının daha çox pozulduğu ilə bağlı nazir müavininə ünvanlanan sualları cavabsız qalıb.


Ruslar ermənilərə hörmətsizlik etdi

Yeri gəlmişkən, Ermənilərin "Irates" nəşri hakimiyyətin xarici siyasətinin bütün istiqamətlərdə, xüsusən də Rusiyada uğursuzluğa düçar olduğu barədə məlumat yayıb. Qəzet əsas kimi, Alen Simonyanın rəhbərlik etdiyi erməni heyətinin Moskvaya-ruslarla 31-ci birgə iclasa gedərkən qarşılaşdıqları uğursuzluqlar barədə yazıb: «Beləliklə, səhər saatlarında çamadanlarını götürüb evə gəlməyə hazırlaşan erməni nümayəndələrinə Ermənistana uçacaq təyyarənin axşam olacağı bildirilib. Yenidən onlar üçün ayrılmış avtobusa minən erməni nümayəndələri, yığıncağa qatılmaq üçün geri qaytarılıblar. Yığıncaqdan sonra isə eyni avtobusa mindirilib Ermənistana uçmaq üçün aeroporta göndəriliblər»
Maraqlıdır ki, «Erməni parlamentarlığının tarixində belə bir şey olmamışdır»- deyə bu hadisənin şahidi olan ermənilərdən biri etiraf edib. Doğrudur, səfər zamanı erməni nümayəndə heyətinin rəhbəri Alen Simonyanın Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov ilə görüşdüyü bildirilsə də, ermənilər tərəfindən bu, rusların onlara qarşı «ən böyük hörmətsizliyi» kimi qiymətləndirilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info