Mühacirlər “Aprel zəfəri”nə qarşı...
Tarix: 16.07.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Hələ 2016-cı ilin aprelin 1-də tarixə “ Aprel döyüşləri” kimi düşən lokal müharibə başlayanda Azərbaycan müxalifətinin daxili aləmi aşkar üzə çıxdı. Cəmiyyətimizdə yüksək döyüş ruhu, qələbə əzmi, vətənpərvərlik və ən əsası, xalq- dövlət birliyinin hansı səviyyədə olması da bu dördgünlük sınaq müddətində özünü göstərdi. Amma yuxarıda da qeyd etdiyimiz bəzi qüvvələr oldu ki, bu zəfərimizi, xalqın yüksək vətənpərvərlik ruhunu, dövlətin doğru yolda olduğunu göstərən güclü ordumuzu və onun uğurlu əməliyyatlarını qəbul etmək istəmədilər. Bu qüvvələr yalnız ənənəvi müxalifət nümayəndələri deyildi, həm də xaricdə yaşayan bir qrup mühacir dəstəsi idi.
Ümumiyyətlə bu, qəbul olunmuş məsələdir ki, dünyanın hər yerində ordu qapalı sistem sayılır və bu sahənin sirr-sözünü düşmən dövlətlərin bilməməsi üçün müəyyən fəaliyyətlərdə məhdud, dar çərçivə yaradılır. Azərbaycanda da məlum hadisələr yaşananda əldə etdiyimiz uğurlara ləkə atmaq üçün müxalifət nümayəndələri bu məqamdan istifadə edərək yalandan itki saylarını şişirtməyə çalışırdılar, ümumiyyətlə, belə bir döyüşə ehtiyac olmadığını dilə gətirirdilər. Guya bütün Qarabağı bir günə almaq lazım imiş və s. Təbii ki, döyüşlər bitəndən sonra hər şey aşkar şəkildə üzdə oldu və bu radikal qüvvələrin iddia etdikləri kimi şişirdilmiş rəqəmlər görünmədi. Əksinə, Ermənistan ordusunda ciddi problemlərin olması üzə çıxdı, 90-cı illərdən üzü bu yana ilk genişmiqyaslı zəfərimiz yaşandı. Hətta Ermənistan ordusunda xeyli sayda itkilərin olması da düşmən dövlətin mətbuatında dəfələrlə yer aldı. Bütün bunları ona görə xatırlatdıq ki, tarixə “Aprel zəfəri” kimi düşən bu uğurlu hərbi əməliyyatımız, nə yazıq ki, sapı özümüzdən olan baltalar tərəfindən də qəbul edilmədi və bu gün də ara-sıra həmin hadisələr xatırlanaraq, ləkə yaxmağa çalışılır.
Məsələn, son günlər fürsətdir deyib, ordumuzu “vurmağa”, cəmiyyətdə gözdən salmağa çalışan bəzi mühacirlər xalqın qürur yeri olan hərbçilərimizi, hərb sistemini, zəfərlərimizi hədəfə alıblar. Sevinc Osmanqızı, Qənimət Zahid kimi müxalif jurnalist obrazına girmiş xaricdəki bəzi Anti-Azərbaycan dairələr tərəfindən idarə olunan mühacirlər isə bu işdə daha çox aktiv görünürlər. Elə onların tez-tez verilişlərinə çıxarıb boğazdan yuxarı danışan qonaqları da... Məsələn, ABŞ-da mühacir həyatı yaşayan Ramiz Yunus bu işdə məqam axtarır ki, hakimiyyəti, dövləti gözdən salsın. Adam sözügedən hadisələrdən 3 il keçməsinə baxmayaraq, hələ də bu döyüşləri gündəmə daşımağa çalışaraq, verilişlərin birində Aprel zəfərinin mahiyyətini, əhəmiyyətini kiçiltməyə cəhd edib. Əlbəttə, Ramiz Yunusdan tutmuş, digər ənənəvi müxalifət nümayəndələri və elə xaricdə yaşayan başqa mühacirlərə qədər, Qərbdəki müəyyən dairələr tərəfindən idarə olunanların belə oxşar davranışlarla hərəkət etmələri adamda şübhə yaratmaya bilməzdi. Yəni aşkar bilinir ki, bu adamlar eyni xətti tutub gedirlər, xalqımızın, cəmiyyətimizin qəbul etdiyi yeganə həqiqəti-zəfəri qəbul etməməyə çalışırlar, ordumuza, dövlətimizə çamur atırlar. Nəyə lazımdır axı belə uğursuz gedişlər? Əlbəttə, pulu verən mahnını da özü istədiyi formada, adda sifariş edəcəkdi. Həmin mahnıya “oynayan” bu siyasətbazlar isə insanlarda olan yüksək ruhu, dövlətə, Vətənə bağlılığı, ermənidən geri qaytarılan strateji əhəmiyyətli yüksəklikləri, geniş əraziləri qəbul edə bilməyəcəklər. Ramiz Yunusun sətiraltı mənalarla, nəinki ordumuza, Aprel zəfərinə sataşması, eləcə də ümumilikdə xalqımızın maraqlarına zidd hərəkət etməsi onun və ümumilikdə, müxalifətin əleyhinə işləyir. Heç kimə sirr deyil ki, bu cür şəxslərin zaman-zaman erməni lobbisinin və ya onlara bağlı olan təşkilatlar, PEN klublar və s. qaranlıq dairələrə bağlılıqları olub. Belə olan təqdirdə, ermənilər üçün uğursuz bir savaş kimi tarixə düşən Aprel savaşına qarşı çıxmağın arxasında nələrin durduğunu anlamaq çətin deyil.
Kiçik bir haşiyəyə çıxaraq bu ilin aprelində Ermənistan KİV-ində gedən bir açıqlamanı oxucuların diqqətinə çatdırmaq istərdik. “İşıqlı Ermənistan” partiyasının sədri, deputat Edmon Marukyan mətbuata verdiyi açıqlamada deyib ki, “2016-cı ilin aprel döyüşləri bizim ölkəmiz, xalqımız üçün dərs oldu”. O, müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” açıqlamasını isə tənqid etmişdi.
“Biz çox bəyanatlar, iddialı açıqlamalar eşitmişik. Amma məqamı çatanda əksər miflər puç oldu”.-deyən Manukyandan fərqli olaraq Ramiz Yunuslar erməninin belə, etiraf etdiyi məğlubiyyəti Azərbaycan cəmiyyətinə fərqli istiqamətdə təqdim etməyə çalışırlar....
Biz, əslində, Yunuslar ailəsini gözəl tanıyırıq. Hələ Leyla Yunus qanun qarşısında cavab verərkən, onun saxlanılmasına ilk olaraq Ermənistandakı həmkarları, QHT sədrləri “dost”ları kəskin reaksiyalar vermişdi. Bu həmin Yunuslar ailəsidir ki, bir neçə ay öncə də ermənilərin mənafeyinə xidmət edən hərəkətlə də yadda qalmışdılar. Avropa Parlamentinin binasında ``Ermənifobiya: Tarix və bu günün yenindən aktuallaşan məsələsi`` mövzusunda keçirilən tədbirdə məhz Leyla Yunusun ``Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir`` fikirləri Azərbaycan əleyhinə təşkil edilən tədbirdə arqument kimi istifadə edildi... Yəni bu gün Ramiz Yunusun və ya digər mühacirlərin ermənilərin xeyrinə hərəkət etməsi, zəfərimizə kölgə salmağa çalışması artıq adi hala çevrilib. Yalandan “Vətən”, “Xalq” çığırıb, xaricdə yeyib içib, ortalıqda qrant üçün dolaşan bu adamların kimə və nəyə xidmət etmələri isə bu cür hadisələrdən sonra aşkar bəlli olur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL
05.08.2020
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
05.08.2020
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
05.08.2020
Hannoverdə Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info