IMEI kodların qeydiyyatı yeni üsulla keçiriləcək
Tarix: 19.08.2013 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Sentyabr ayından etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi IMEI (International Mobile Equipment Identification - Mobil cihazların qeydiyyat sistemi) kodların yeni üsulla qeydiyyatını həyata keçirəcək. Hazırda Nazirliyin müvafiq strukturları tərəfindən bu istiqamətdə tamamlama işləri aparılır. Bu üsulun yeniliyi ondan ibarət olacaq ki, artıq IMEI kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaq.
Xatırladaq ki, IMEI kodlarının qeydiyyat sistemi 2013-cü il mayın 1-dən etibarən istifadəyə verilib. Azərbaycanda təsdiq edilmiş qaydalar uyğun şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (ölkə mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda Azərbaycana gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SIM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Mobil cihazların IMEI nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirmək, eləcə də əlavə məlumatlar əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycan və Fransa şirkətləri 4 sektorda əməkdaşlıq imkanlarına malikdir
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
05.06.2020
Azərbaycanda pambıq istehsalının artımı planlaşdırılır
04.06.2020
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxılıb
04.06.2020
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info