3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib
Tarix: 19.07.2019 | Saat: 10:08:00 | E-mail | Çapa göndər


Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat iyulun 19-da başa çatacaq.Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlarlinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb
27.01.2020
Beynəlxalq reytinqdə lider - UNEC
27.01.2020
Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
27.01.2020
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27.01.2020
BANM ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
3 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
4 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
5 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info