Azərbaycan Universiteti abituriyentlərə 4 yeni ixtisas təklif edir
Tarix: 19.07.2019 | Saat: 10:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Universitetində iş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq 4 yeni ixtisas üzrə kadr hazırlığına start verilib.
Universitetdən verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün I ixtisas qrupu üzrə istehlak mallarının ekspertizası və marketinqi, II ixtisas qrupu üzrə regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və oteçilik, III ixtisas qrupu üzrə isə filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə də qəbul aparılacaq. Ümumilikdə isə qəbul aparılacaq ixtisasların sayı 16-dır. Bütün ixtisaslara Dövlət Sifarişi ilə qəbul mümkündür.
İstehlak mallarının ekspertizası və marketinqi, regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərlə yanaşı ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də iştirak edə biləcəklər. İkinci kateqoriyadan olan abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının müsabiqəsində isə yalnız ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.
Bu ixtisasların tədrisi, karyera perspektivləri o cümlədən Azərbaycan Universitetinin fəaliyyəti haqqında ətraflı məlumat almaq istəyən, universitetin maddi-texniki bazası, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər (+994 12) 431 41 12 (133) nömrəli telefonla əlaqə saxlayaraq əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.
Azərbaycan Universitetinin bakalavriat pilləsinə qəbul ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb
27.01.2020
Beynəlxalq reytinqdə lider - UNEC
27.01.2020
Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
27.01.2020
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27.01.2020
BANM ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
3 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
4 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
5 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info