Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
Tarix: 19.07.2019 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma ümumi götürdükdə onların sayı azdır.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov "Qadın və uşaq hüquqları media müstəvisində" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xəbər siyasətini qurmaq hər bir media vasitəsinin öz haqqıdır. Eyni zamanda, bu, artıq bir bazardır, orada kommersiya şərtləri, tələb və təklif var: "Bəzən xəbər saytları oxucunun istədiyini verir, bəzən isə oxucu öz istədiyini tələb edir. Bu, dünyanın digər ölkələrində də belədir. Təbii ki, biz də maarifləndirici yükü çox olan informasiyaların sayının çox olmasını arzu edirik".
B.Həsənov bildirib ki, hazırda Azərbaycan mətbuatı ilə qürur duymağa dəyər: "Adi bir faktı deyim ki, 2016-cı ildə aprel döyüşlərində öz mətbuatımızla qürur duyduq. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Amma eyni zamanda müharibə yalnız səngərdə deyil, informasiya cəbhəsində də mövcuddur. Azərbaycan mətbuatı o informasiya savaşından üzüağ çıxdı".




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
“Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir“
25.01.2020
“Avropa Şurasının parlament seçkiləri keçirilməmiş rəylər paylaşması qəbuledilməzdir”
25.01.2020
Dünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması Azərbaycanın böyük uğurudur
25.01.2020
Deputatlığa namizədlərin vədləri: reallıq, yoxsa fantastika?
24.01.2020
Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərində əsas söz sevgidir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info