Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”
Tarix: 19.07.2019 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov abituriyentlər və onların valideynləri ilə görüş zamanı bildirib ki, Akademiyada Dövlət Gömrük Komitəsinin əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirilir. O, tədris prosesinin aparılması üçün vacib olan bütün faktorların tədbiq edildiyini, ən peşəkar mütəxəssislərin tədrisə cəlb olunduğunu qeyd edib. Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya “Dünya iqtisadiyyatı - Gömrük işi” və “Hüquqşünaslıq - Beynəlxalq hüquq” ixtisasları üzrə qəbulun gerçəkləşdiyini də bildirib. "Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil üzrə imtahanı verir
26.01.2020
"Hakimiyyət formulu" və "Həyat formulu" kitabları təqdim olunub
25.01.2020
Bakıda sahibkar xanımlar üçün təcrübə klinikası təşkil edilib
25.01.2020
“Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb
24.01.2020
AzTU-da yeni təyinat

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info