Xatirələr
Tarix: 19.07.2019 | Saat: 14:58:00 | E-mail | Çapa göndər



Salam ,gözəl xatirələr,
Söyləyin ki,necəsiz?
Mən aydınlı bir sabah,
Siz qaranlıq gecəsiz.
Dedim sizə baş çəkim,
Yenə də sizi anım,
Tək başıma otaqda
Mən öz halıma yanım.
Baxmayın danışığma,
Hamsı gəldi - gedərdi,
Heç nə gəlmir acığma,
Heç kim bilmir bu dərdi.
Danışıram öz - özümə,
Görəndə dəli sanır,
Kim bilir ki, xəyalda
Ondan mənə danışır.
Suallar var içimdə,
Kimə verim sualı?
Axı xatirələrdə
Bilmir bu cavabları.
Deyəsən, xatirələrdə
Bezib mənim əlimdən,
Nə qədər demək olar
Onu mənim dilimdən.
Yaxşı,danışmayım, dinməyim
Sözü verirəm qələmə,
Mənim istədiklərim,
Daha gəlmir dilimə.
Qələm danışır səndən,
Demək tək deyilmişəm.
Yalnız sevgi qarşında
Mən belə əyilmişəm.
Axtarıram mənanı
Sənin gülüşlərində,
O sevinci,gülüşü,
Sənin gül üzlərində.
Nə qədər təriflədim
Səni hər xatirədə,
Bir dəki həriflədim
Səni hər bir sətirdə.
İndi nə danışım mən?
Axı hər şeyi dedim.
Sakitcə otağıda
Durub yenə tərk edim.
Heyran İbadova




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab
26.01.2020
“Anladım ki, artıq bu ölkədə müsəlman olaraq qala bilməyəcəyəm“
26.01.2020
“Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq
25.01.2020
“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
24.01.2020
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info