DİN kiçik rəis heyəti vəzifələrinə müsabiqə elan edib
Tarix: 19.07.2019 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Nazirlikdən verilən məlumata görə, Bakı şəhərinin 6 saylı, o cümlədən respublikanın Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi “ASAN xidmət” mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kiçilər üçün)
- əmək kitabçası (olanlar üçün)
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 570-70-80;







 
Bölməyə aid digər xəbərlər
27.01.2020
DYP İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb
27.01.2020
Zəlzələ zonasından təhlükəsiz daşınmağımız onu göstərdi ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır
27.01.2020
Honqkonqda koronavirusla bağlı hökumətin qərarına qarşı etiraz nümayişi keçirilib
26.01.2020
Madaqaskarda daşqınlar nəticəsində 31 nəfər ölüb, 10 nəfər itkin düşüb
26.01.2020
Əli Kərimli - Radikal sözünün sinonimi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info