ABŞ səfiri “Coca-Cola” zavodunda
Tarix: 19.07.2019 | Saat: 15:28:00 | E-mail | Çapa göndər



Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Bakıda fəaliyyət göstərən “Coca-Cola” zavoduna baş çəkib. Şirkət rəhbərliyi tərəfindən qarşılanan səfir zavodda istehsal prosesi, məhsulların qablaşdırılması və çeşidləri ilə yaxından tanış olub. Diplomat şirkətin Azərbaycan iqtisadiyyatına və cəmiyyətinin dayanıqlı inkişafına verdiyi töhfələr barədə məlumatlandırılıb. Cənab Litzenberqeri səfirliyin iqtisadi məsələlər bölməsinin rəhbəri, kommersiya və iqtisadi məsələlər üzrə məsul əməkdaşları müşayiət ediblər.

Səfir ABŞ və Azərbaycan dövlətləri arasındakı uzunmüddətli iqtisadi və ticarət münasibətlərinin inkişaf etdiyini qeyd edərək, “Coca-Cola” şirkətinin Amerika biznes dünyasını Azərbaycanda uğurla təmsil etdiyini vurğulayıb: “Coca-Cola” alokoqolsuz içki istehsalı üzrə dünyanın ən nəhəng və nüfuzlu şirkətlərindən biridir. Mən çox şadam ki, ABŞ-ın ən böyük inverstorlarından olan “Coca-Cola” Azərbaycanda uğurlu fəaliyyət göstərərək, dünyanın ən sevilən sərinləşdirici içkilərini istehsal edərək istehlakçılara təqdim edir, ölkədə minlər insanı iş yeri ilə təmin edir və cəmiyyətin sosial inkişafında fəal iştirak edir.”

“Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Adrian Çernautan səfir Litzenbergeri salamlayaraq şirkətin qlobal fəaliyyəti, yenilikləri və bu yeniliklərin Azərbaycanda tətbiqi barədə məlumatlandırıb:””Coca-Cola” dünya üzrə 200-dən artıq ölkədə fəaliyyət göstərir. 250 istehsalçı tərəfdaşımız və 900 zavodumuzla dünyada 700 min insanı işlə təmin edirik və beləliklə, hər bir cəmiyyətdə yeni iqtisadi imkanlar yaradırıq. “Coca-Cola” korporativ məsuliyyəti və şəffavlığı ilə tanınır, milli iqtisadiyyatın inkişafına töhfə verir, cəmiyyətlərin sosial və ekoloji rifahını dəstəkləyir. Biz Azərbaycan istehlakçılarını 25 ilə yaxındır ki, yüksək keyfiyyətli sərinləşdirici içkilərlə təmin etdiyimiz üçün qürur duyuruq” deyə cənab A.Çernautan bildirib.

10 ölkədə “Coca-Cola” məhsullarını istehsal edən Türkiyənin “Coca-Cola İçecek” şirkətinin Azərbaycan üzrə baş direktoru Həsən Əllialtı “Coca-Cola”nın milli iqtisadiyyata və sosial inkişafa verdiyi töhfələr barədə danışıb. O, qeyd edib ki, “Coca-Cola”da birbaşa olaraq təqribən 400 vətəndaş işləsə də, tərəfdaş şirkətlərdə çalışanlarla birlikdə bu rəqəm 5 000-dən artıqdır.

Daha sonra diplomatlar “Coca-Cola”nın Azərbaycanda dəstəklədiyi dayanıqlı inkişaf proqramları barədə təqdimatı dinləyiblər. Ətraf mühitin qorunması, idman, gənclərin inkişafı, qadınlara iqtisadi dəstək sahəsində “Coca-Cola” şirkətinin dəstəklədiyi sosial proqramlar haqqında geniş məlumat təqdim edilib. Bu proqramların uğurlu olması və insanların həyatına uzun müddətli müsbət dəyişikliklər gətirməsi üçün şirkətin müvafiq dövlət qurumları və QHT-
lərlə əməkdaşlıq etdiyi bildirilib və belə layihələrə bugünədək 2,4 milyon ABŞ dolları vəsait sərf olunduğu qeyd edilib.
Daha sonra səfir Li Litzenberqer və həmkarları zavodu gəzərək, “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse tea”, “Cappy”, “Bonaqua” kimi dünyaca məşhur içkilərin yerli istehsalı ilə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Tramp “Google“ şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib
19.08.2019
Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır
19.08.2019
“Zenith Energy” Azərbaycanda quruda neft hasilatını sutkada min barelədək artırmağı planlaşdırır
19.08.2019
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19.08.2019
Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info