Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
Tarix: 19.07.2019 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


İnsan siyasətlə məşğul ola bilərmi? –ola bilər; insan müxalifətçilik edə bilərmi? – edə bilər;insan tənqid edə bilərmi? – edər…Amma..! – İnsan müxalifətçiliyi müxalifətçilik xa-tirinə(–“Xudu bəy dəbazardadır” misali– ) edərmi? – etməməlidir!İnsan müxalifətçilik edərkən öz dövlətinihətta işğlaçı dövlətdən də geriymiş kimi göstərərmi? – göstərməməlidir!İnsan siyasi mübarizə apardığı şəxslərin (partiyanın, hakimiyyətin…) bütün (büsbütün) fəaliyyətini şübhə altına alıb da, hər şeyi, hər şeyi qara rəngdə göstərərmi? – belə görməməli və belə göstərməməlidir!(Əlbəttə, siz, istəsəz, bu ritorik suallara bəlli cavablardan öncə, hər dəfə bir “əlbəttə” də yaza bilərsiz.)

Hər şey bir yana qalsın, təsəvvür edin, əlində silah, öncəbhədə xidmət edən hərbçinin ata-anası, bacısı, həyat yoldaşı, övladı… elə o hərbçinin döyüş yoldaşı və yaxud özü müxalif partiya sədrinin, keçmiş dövlət katibinin, keçmiş millət vəkilinin çıxışı ilə tanış olur və eşidir ki, sən demə, onun əzizinin keşiyini çəkdiyi Vətən, dövlət, düşmənin filan-filan göstə¬ri-cilərindən geri qalır, nə bilim, guya düşmən ölkənin hakimiyəti öz ölkəsini daha yaxşı idarə edir və s. və ilaxır… - Mühüm vəzifələr tutmuş siyasətçi düşmənlə üzbəüz dayanan hərbçi-mizə, hər hansı vətəndaşımıza, xaricdə oxuyan, işləyən gəncimizəvə b. beləmi ruh verir? Üstəlik, Avropa Birliyini, xalqlararası qurum və quruşları çağırır ki, Azərbaycan haki¬miy¬yətinə qarşı sərt addımlar atın.Belə məsuliyyətsizlikmi olar? Onsuz da, şəbəkələşmiş düşmən diasporu, lobbisi və işğalçı dövlətin özü bütün günü bizim əleyhimizə çağırışlar edir, sanksiyalara səsləyir və s. Bir də, özümüzünkülərləmi uğraşmalıyıq? Siyasi hakimiyyət uğrunda mübarizə, müxalifətçilik heçmi hədd-hüdud tanımamaqdır?!.
Söhbət ondan gedir ki, bugünlərdə Əli Kərimli xarici radiostansiyalardan birinin Azər¬bay-can redaksiyasına müsahibə verirdi; müsahibə boyu,(uğrunda “nəyin bahasına olursa-olsun” üslubunda (üslubsuzluğunda) mübarizə apardığı) hakimiyyətin görmüş olduğu, görməkdə olduğu və görəcəyi işləri bütün parametrlər boyu “şübhə altına alır”, “mübahasiləndirdi”... Deyirəm, belə yanaşmamı olar? Özü də müxalifyönlü təsiri bağışlayan xanım jurnalist belə aradabir iradfason atmacalar atır, ancaq Əli Kərimli yenə öz ampulasındadavam edirdi… - Təqribən “hansısa yaxşı iş varsa, o da deyildiyi, göründüyü qədər deyil və olan-qalanı da bizim təkidimizdən sonar baş tutub, məcbur olublar, zornan ediblər” şəklində…
İşə baxın ki, bu müsahibənin videoyazısına tam da o vaxt baxırdım ki, Əli Kərimlinin başçılıq etdiyi siyasi qurumun “brend”i –“siyasi mühacir biznesi” barədə, Kərimlinin yaxın adamlarının, məsləkdaşlarının Avropadakı bir xudmani məclisdə “avro şabaş” səpmə “mə-rasim”i gündəliyi tutmuşdu...

Ona görə də, yəqin heç təsadüfi deyil ki, media, sosial şəbəkə belə cümlələrlə dolub-daşır: “...Normal siyasi hazırlığı olmayan gənclərin şüurunu anti-azərbaycan ideolojisi ilə zəhərləyənlər, xarici ölkələrdə məskunlaşmaq istəyən özlərikimilərə“AXCP üzvü” vəsiqəsi verib, bu sahədən də əlavə gəlir əldə edir. “Mühacir biznesi”ndən gəlirlər, xaricdən alınan qrantlardan heç də az deyil.”
Yaxud: “...Xaricdə özlərinə “siyasi mühacir” deyənlər müəyyən anti-milli qruplardan aldığı vəsaitləri yeyib dağıtmaqla məşğuldur. Bu barədə danışanda, yazanda, Əli Kərimlinin trolları üstümüzə çımxırırdı. Yenə gəncləri anlamaq olar, beyinləri qandıramma yaşlı-başlı adamların “söyüş makinası”na çevrilib də, trolluq etməsi adama yer edir. Bu trolların isə hərdən miqrant, qrant və digər maxinasiyalarüstündə elə dava-dalaşları düşür,gəl görəsən..!Onsuz da bir-birilərini “satqın”, “agent” adlandırdıqlarına alışdığımız bu “müxalif arka¬daşlar”, hələ görün “azadlıq beşiyi” sandıqları Avropada nələr deyirlər bir-birinə...
Əli Oğuz soyadlı bir mühacir iddia edir ki, Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov Fransada əldə olunan “mühacir biznesi” gəlirlərindən saga-sola, eyş-işrətə xərcləyir.
Ardınca bir videomaterial pay¬laşılır, həmin videoda “özlərini dünyaya haqq-ədalət carçısı, demokratiya əzabkeşi” kimi sırıyan İnqilab Kərimov, Məhəmməd Mirzəli və Seyran Rəfiyev, eynən harın məmur ba¬la¬larının etdiyini edir, kef məclisində pul səpir”...

Əziz oxucu,
bilmirəm, belə bir “fon”da, belə bir “gündəm çıxışı”na münasibətdə nə qədər nəzakətli olmaq mümkündür, necə gərgin danışmamaq, yazmamaq mümükündür?Mən əsəbi gə¬rilənləri, uyğuntonlu şərh, status, məqalə yazanları bu yerdə anlayıram və Avropada pul¬səpənlərdən, onlardan ilhamlananlardan, onlara güvənənlərdən, bu fonda hakimiyyəti hər məqamda, hər platformada tənqid edənlərdən... sa¬dəcə və sadəcə soruşmaq istərdim: “Nə üçün və nə vaxtadək, bəylər? Sizə ina¬nanlar bezdi, özü¬nüz bezmədinizmi?”
Əkbər Qoşali




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info