Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
Tarix: 19.07.2019 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyinin “Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyalarının hazırlanması ” adlı layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə Azərbaycanın Şəki və Oğuz rayonlarında reallaşıb. Layihə çərçivəsində hər iki rayonda tikmə sənətinə maraq göstərən xanımlara 3 günlük ustad dərsləri verilib. İştirakçılara “iş boxçası” paylanılıb, tikmə nümunələri nümayiş etdirilib, bu qədim sənət haqqında ətraflı məlumat verilib. Peşəkarlar tərəfindən xanımlara “Güləbətin”,“Qurama”, “Saya naxışlı ” , “Təkəlduz” ,"Quş gözü" texnikasında bədii tikmə növləri öyrədilib. Layihə işindən müxtəlif yaş həddində olan qızlar, qadınlar faydalanıblar. 3 gün ərzində sənətsevər xanımların böyük zövqlə hazırladıqları əl işləri dəvət olunmuş qonaqlara nümayiş etdirilib.
Şəki və Oğuz rayonlarında keçirilən tədbirlər rayon Mərkəzi kitabxanalarında baş tutmuşdur. Şəki rayonunun kitabxana direktoru Vahabov Seid tədbirdə iştirak etdi, Oğuz rayonunda isə kitabxana direktoru Mikayılova Səhər iştirakçılarla birlikdə 3 gün tədbirə qatıldı. Qonaqlar, eləcə də tədbir iştirakçıları layihənin işini yüksək dəyərləndirərək, belə fəaliyyətlərin zəruriliyini və faydalılığını vurğulayıblar, layihənin təşkilatçılarına,əməyi keçənlərə dərin təşəkkürlərini bildiriblər. Sonda xanımlara diplomlar təqdim olunub.
Layihənin həyata keçirilməsində əsas məqsəd xalqın qədim milli-mənəvi dəyərlərindən olan zərif tikmə sənətinin müasir həyat tərzinə tətbiq etməklə təbliğ etmək, yaşatmaq, bu sənətin ənənələrinə yiyələnən yeni nəsil yetişdirmək, qadınların, gənclərin özünəməşğulluğunu artırmaq və bununla da bölgələrdə işsizliyin aradan qaldırılması sahəsində dövlətimizin apardığı siyasətə dəstək verməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info