Eyni yağda ikinci dəfə qızartmayın!
Tarix: 19.07.2019 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Ölümcül təhlükəlidir

Təkrar qızdırılmış yağ hüceyrə səviyyəsində patoloji dəyişikliklərə səbəb olur ki, bu dəyişikliklər öz növbəsində ağır süd vəzi xərçənginin inkişafına səbəb olur.
Saglamolun.az bildirir ki, bu məlumatı Medical News Today yayıb.
İllinoys Universiteti (ABŞ) alimləri təkrar qızdırılmış yağla eksperiment aparıblar. 16 həftə ərzində alimlər bir qrup siçanlara təzə soya yağını, digər qrup siçanlara isə bir neçə dəfə qızdırılmış yağı verirdilər.
İnsan xərçənginin modelini almaq üçün siçanlara süd vəzi xərçənginin hüceyrələri yeridilib. 20 gündən sonra məlum olub ki, hər 2 qrupda xərçəngin inkişafı fərqlidir. Belə ki, bir neçə dəfə qızdırılmış yağla qidalanan siçanlarda metastazların yayılması daha aktiv gedirdi, ağ ciyərdə metastazların sayı 2 dəfə çox idi.
Alimlərin fikrinə görə, təkrar qızdırılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir. Akrolein tək süd vəzi xərçənginin deyil, bir çox digər xəsçəng növlərinin də riskini artırır.
Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı tövsiyə edirlər.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info