Beyinə faydalı olan qidalar
Tarix: 20.07.2019 | Saat: 18:06:00 | E-mail | Çapa göndər



Araşdırmalar nəticəsində məlum olub ki, qidaların tərkibindəki maddələr orqanizmdəki hormonların səviyyəsini dəyişdirərək özümüzü xoşbəxt və ya kədərli hiss etməyimizə səbəb olur.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, A, B, C vitaminləri və maqneziumla zəngin banan, eləcə də şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini ilə zəngin ananas beynin fəaliyyətini gücləndirir.
Şokolad sinir sistemini stimullaşdırır, yaddaşı yaxşılaşdırır, stressdən qurtulmağa, depressiyadan çıxmağa kömək edir. Əqli fəaliyyətin yaxşılaşdırılması üçün çox faydalıdır, beynin inkişafına müsbət təsir göstərir, serotoninin səviyyəsini artırdığı üçün xoşbəxtlik bəxş edir.
Qızıl balıq Omeqa-3-lə zəngin olduğuna görə faydalı qidalar sırasındadır.
Antioksidantlarla zəngin yerkökü depressiyaya qarşı təsir edir. Yağ turşuları ilə zəngin tərkibi özünü sağlam və rahat hiss etməsinə səbəb olur.
Vitaminlərlə zəngin cəfəri də beynin fəaliyyətinə müsbət təsir göstərir. O, orqanizmi toksinlərdən təmizləyir, yorğunluğu və halsızlığı aradan qaldırır.
Kartof, gül kələmi, portağal və yumurta da insan beyninin fəaliyyətinə müsbət təsir edən qidalar sayılır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Cazibə qanununu Nyuton deyil, hind riyaziyyatçıları kəşf edib“
19.08.2019
İslandiyada “ölən“ buzlaq üçün mərasim təşkil edildi
19.08.2019
50 il əvvəl yazılan şüşədəki məktub
19.08.2019
Sən demə pişiklər...
18.08.2019
“RE:CYCLING” - köhnə qəhvə kapsullarından yeni velosiped

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info