“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
Tarix: 20.07.2019 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Özünü “demokrat” adlandıran və demokratiya yolu ilə hakimiyyətə gəldiyini, hakimiyyətin xalq olduğunu hər yerdə bəyan edən Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə öz əməlləri və çıxışları ilə özünün əsl üzünü xalqa göstərməkdədir. “Məxməri” inqilabı zamanı Paşinyan hər şeyin xalqın istədiyi kimi olacağını və bütün proseslərin demokratiya çərçivəsində olacağını bəyan etməsinə baxmayaraq özü öz verdiyi vədləri yerinə yetirməməklə kifayətlənməyib xalqın səsini boğmağa çalışır. Ölkə daxilində heç bir sahədə islahatlar apara bilməyən və xalqın diqqətini başqa yönə istiqamətləndirmək, keçmiş rejim üzərindən ölkə daxili gündəmi müəyyən etməyə çalışan Paşinyan isə bugünlərdə özü köhnə rejimin diktator əməllərindən fərqlənməyəcək hətta irəli gedəcək şəkildə açıqlamalar verməsi, xalqa qarşı sərt addımlar atıması ilə gündəmi məşğul etməkdədir. Ekspert Ehtiram Aşırlı “Palitra”ya açıqlamasında qeyd etdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işinin açılması, bunun timsalında Robert Köçəryan, Yuri Xaçaturov və digər köhnə rejim nümayənədlərinə qarşı həbs qərarın verilməsi erməni xalqında ölkələrində demokratiyanın ola bilcəyinə dair azacıq da olsa ümid yaratmışdı: “Paşinyan 2008-ci il 1 mart hadisələri baş verərərkən Fransada Ermənistan səfirliyi qarşısında etraz aksiyaları keçrir və xalqa qarşı zorakı addımların atılmasının qətiyətlə pisləyərək dövrün rejiminə qarşı birgə mübarizə aparmağa səsləyirdi. Çox keçmədi ki, Paşinyan Ermənistan səfirliyinin önündə başlayan etiraz fəaliyyətlərinin və bu illər ərzində apardığı mübarizənin nəticəsində 2018-cu ildə “ məxməri” inqilabı ilə hakimiyyətə gəlməyə nail oldu. Ölkədə son günlər baş verən hadisələr bir daha onu göstətirir ki, Paşinyan heç də 2008-ci il 1 mart hadisələrini “demokrat” olduğu və xalqın o dönəm zorakılığa məruz qaldığı üçün gündəmə gətirməyib. O, sadəcə özünü və kreslosunu sığortalamaq, xalqın ona qarşı çıxacağı təqdirdə 2008-ci il 1 mart hadisələrini xatırlatmaqla onların bir növ gözünü qorxutmaq məqsədi daşıdığını görürük. Belə ki, Paşinyan bir neçə gündür o hadisələri xalqa xatırlatmaq və yaşatmaqla məşğuldur.
18 İyulda İcevanda polis nümayəndələri və nümayişçilər arasında qarşıdurma yaşanıb. Bu qarşıdurma nəticəsində 12 nəfər polis, bir neçə nəfər isə nümayişçi yaralanıb. Əslində isə erməni KİV tərəfindən verilən məlumatlara görə olanların sayının çox olduğu və əksəriyyətinin gizli saxlanıldığı bildirilir. Bütün bu hadisələrin fonunda rməni xalqına məlum oldu ki, Paşintyanin hakimiyyəti reallıqdan çox uzaqdadır. Ölkədə vətəndaşlar yenə də polislərə düşmən kimi baxmağa başladılar. Baş nazir N. Paşinyan isə "Azadlıq" radiosuna verdiyi müsahibədə daha da irəli gedərək ona qarşı olanları - yəni xalqı, lazım gələrsə tankların altına salaraq əzəcəyi ilə hədələdi. Görünür, Paşinyan 2008-ci il 1 mart hadisələrindən ilham alaraq bunu reallaşdırnaq niyyətindədir. Yoxsa belə bir açıqlama verməsinin heç bir məntiqə əsası yoxdur. Düzdür ermənilərdən hələ ki, Paşinyan kimisindən hansısa məntiq gözləmək də absurd olardı. Xüsusilə, Paşinyanın erməni polisinə “asfaltın üzərinə sərin və çənələrinə vurun. İcevanlılar gərək polislərə itəatkarlıq göstərəydilər” şəkilində göstəriş verməsi onun xalqa münasibətinin göstəricisdir. Hadisələrin güc yolu ilə səngiməsinə baxmayaraq, qarşıda Paşinyan hakimiyyətinin daxildən zəiflədilməsi prosesinin daha da sürətlənməsi ehtimalı qaçınılmazdır”.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir
07.08.2020
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları “bioloji silah“ adlandırdı
06.08.2020
Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info