Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur
Tarix: 21.07.2019 | Saat: 10:46:00 | E-mail | Çapa göndər



Siqaret kötükləri bəlkə də şəhər küçələrində ən geniş yayılan plastik tullantıdır. Siqaret kötüklərinin ətraf mühitə, xüsusən də torpağa, bitkilərin böyüməsinə və inkişafına təsiri barədə Böyük Britaniya alimlərinin yeni tədqiqatında bəhs olunur.

AZƏRTAC bu barədə BBC agentliyinə istinadla xəbər verir.
Statistikaya görə, dünyada il ərzində 5,6 trilyon siqaret çəkilir. Siqaret kötüklərinin üçdə ikisi - təxminən 4,5 trilyonu zibil qutularından kənara atılır.
Aparılan sorğulara əsasən, siqaretçəkənlərin əksəriyyəti siqaretin tərkibində plastikin olmadığını ehtimal etmirlər. Belə ki, siqaret filtrlərinin böyük hissəsi asetilsellüloza liflərindən – bioplastik növündən hazırlanır.
Filtrin tərkib hissəsi olan asetat sellüloza 1,5 ildən onilliklərə qədər olan dövrdə parçalanır, həmin vaxtda ərzində də alimlərin qeyd etdiyi kimi, ətraf mühitə xeyli zərər vurur, xüsusən bitkilərin normal inkişafına mane olur.
Anqliya Raskin Universitetindən olan alimlərin apardıqları tədqiqatların nəticələrinə görə, siqaret kötüklərinin torpaqda mövcudluğu yoncanın inkişafını 27 faiz ləngidir. Bundan başqa, bu bitkinin hündürlüyü siqaret kötükləri ucbatından təmiz torpaqda bitən yoncaya nisbətən 28 faiz alçaq olur. Ümumilikdə, otun inkişafı siqaret kötüklərinə görə 10 faiz aşağı düşür, bitki boyatmada 13 faiz inkişafdan qalır.
Alimlərin göstəricilərinə görə, istifadə olunmayan siqaret filtrləri də, çəkilmiş siqaret kötükləri kimi bitkilərə ölümcül təsir göstərir. Bu tədqiqatda alimlər tütünün yanması nəticəsində ayrılan toksinlərin təsirini nəzərə almayıblar.
Alimlər Kembric yaxınlığında torpağın vəziyyətini təhlil ediblər. Onların sözlərinə görə, elə ərazilər var ki, orada bir kvadratmetr sahədə 128-dək siqaret kötüyü tapmaq mümkündür.
Tədqiqatın müəlliflərindən biri olan Daniella Qrin qeyd edir ki, siqaret kötüyünü yerə atmaq cəmiyyətdə məqbul sayılır. Alimin sözlərinə görə, siqaret çəkənlərin çoxu fikirləşmir ki, onların bu vərdişi ətraf mühitə ziyan vura bilər. Məsələn, Böyük Britaniyada siqaretin tərkibində plastik kütlənin mövcudluğu barədə siqaret çəkənlərin yalnız 38 faizi məlumatlıdır. Siqaret kötüyündə olan plastik kütlənin çürüməsinə illər, hətta onilliklər tələb olunur.
Böyük Britaniyada yerli hakimiyyət orqanları tərəfindən zibilin, o cümlədən siqaretin münasib olmayan yerdə atılmasına görə cərimə tətbiq olunur. Londonda cərimə 150 funt sterlinqdir (187 dollar). Britaniya paytaxtının hakimiyyət orqanlarının məlumatına görə, hər il London küçələrinə 6 milyon siqaret kötüyü atılır. Bu siqaret kötüklərinin toplanmasına şəhər hakimiyyət orqanları təxminən 3,8 milyon funt sterlinq (4,7 milyon dollar) xərcləyirlər.




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq-VIDEO
08.08.2020
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
08.08.2020
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
08.08.2020
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib
08.08.2020
Erməni vandalizminin səbəbləri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info