Gimnastımız Arzu Cəlilova dünya çempionatının ikiqat mükafatçısı olub
Tarix: 21.07.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk dünya çempionatı yekunlaşıb.
Trend Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yığma komandamızın üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib. Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə topla olub. Təmsilçimiz bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək 19.200 xalla gümüş medala layiq görülüb.
Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq yeddinci, lent ilə çıxışına görə isə 15.825 xalla beşinci yerdə qərarlaşıb.
Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova beş halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı yeddinci olaraq başa vurublar.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Fərid Çexiya liqasındakı oyunda fərqlənib
18.08.2019
Azərbaycan Premyer Liqası: “Səbail” “Zirə”ni məğlub edib
18.08.2019
"Barselona" Neymar üçün son təklifini edəcək
18.08.2019
La Liqada 8 qollu heç-heçə qeydə alınıb
18.08.2019
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info