Türkiyə ali məktəblərinin məzunu olmuş azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək
Tarix: 22.07.2019 | Saat: 09:24:00 | E-mail | Çapa göndər



“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumunun keçirilməsi” adlı layihənin icrasına başlayıb.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkəmizin yenidən müstəqilliyini bərpa etdikdən sonra Türkiyə universitetlərində məzun olan Azərbaycan vətəndaşlarını Bakıda Forum çərçivəsində bir araya gətirməkdir.

Forumun panellərində qardaş ölkənin universitetlərindən məzun olan azərbaycanlılar çıxış edəcəklər. Panellərdə Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın iqtisadi, sosial həyatında yeri və rolu, onların iki ölkə arasında əlaqələrə təsir imkanları müzakirə olunacaq.
İştirak etmək istəyənlərdən mövzulara uyğun olaraq məruzələrini, sərbəst mövzularını (5-7 dəqiqə çıxış həcmində) avqustun 10-dək tumibforum2018@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur. Məqalələr kitab şəklində çap olunacaq.
QEYD: Forumda iştirak etmək istəyən Türkiyə universitetlərinin azərbaycanlı məzunları özləri haqqında məlumatları: adı, ata adı, soyadı, bitirdiyi universitetin adını və telefon nömrəsini tumibforum2018@gmail.com göndərmələri xahiş olunur.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info