“İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub
Tarix: 22.07.2019 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyevin təqdimatında İnstutunun əməkdaşları üçün “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda təlim təşkil olunub.
Aİİ rektoru Ceyhun Məmmədov təlim iştirakçılarını salamlayaraq bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir.
C.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin yüksəldilməsində və daha böyük nəticələrin əldə olunmasında bu cür təlimlərin xüsusi rol oynadığını vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dosent Oqtay Quliyev “İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları” mövzusunda məruzə ilə çıxış edib. Sosial məsuliyyət haqqında ətraflı məlumat verən O.Quliyev etik-davranış qaydalarını dəqiqləşdirən normaların, həmçinin təminatların dövlət orqanlarının normativ hüquqi aktları ilə müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, yüksək nəticə əldə etmək üçün kollektivin böyük bir hissəsi məsuliyyətli, mehriban, yüksək iş bacarığına malik ixtisaslaşdırılmış peşəkar işçilərdən təşkil olunmalıdır.
Təlimdə işçinin şəxsiyyətinə hörmətlə yanaşmaq; bütün problemləri açıq müzakirə edərək, vahid fikrə gəlmək; şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirmək; rəhbərlə, yaxud tabeliyində olanlarla nəzakətlə, diqqətlə və səbirlə davranmaq haqqında geniş məlumat verilib.
Təlim tələbələrin və qonaqların maraqlı müzakirələri ilə davam edib.
Sonda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb
27.01.2020
Beynəlxalq reytinqdə lider - UNEC
27.01.2020
Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
27.01.2020
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27.01.2020
BANM ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
3 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
4 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
5 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info