Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
Tarix: 22.07.2019 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


“Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz”. Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Millət vəkili bildirib: "Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılmışdır. Cənab Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jurnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır".
S.Mehbalıyev qeyd edib ki, 144-cü ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasını, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info