Yarım ildə Azərbaycana 185 ölkədən 1,4 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Tarix: 22.07.2019 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Yanvar-iyun aylarında Azərbaycana 185 ölkədən 1 milyon 410,7 min və ya ötən ilin eyni ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 29,4 faizi Rusiya, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib.
Altı ayda ölkəmizə gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Koreya Respublikası (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.
Yarım ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5 faiz artaraq 502,5 min nəfər olub.

Xarici ölkələrə gedən azərbaycanlıların sayı 2,5 milyon nəfəri ötüb

Altı ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2 milyon 540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.
Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var
16.08.2019
Rusiyalı turistlər üçün cənub bölgəsinə infoturlar təşkil edilib
29.07.2019
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı artıb
26.07.2019
Çindən gələn turistlərin sayı daha da artacaq
24.07.2019
Masallıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info