Ermənilər yeni hakimiyyətin sərt üzünü görməyə başlayıblar
Tarix: 22.07.2019 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Paşinyan hökuməti sosial tələb irəli sürən 10 nəfəri həbs edib

Ermənistanda yaşanan son hadisələr bu gün artıq hər cəhətdən şərh edilir. Maraqlıdır ki, sosial aspektdə baş verən İcevan hadisələri, təkcə sosial deyil, həm də siyasi və ya geosiyasi kontekstdə nəzərdən keçirilir. Məlum olduğu kimi, iyulun17-də İcevan şəhərində baş verən iğtişaşlardan sonra saxlanılan 13 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı xuliqanlıq və zorakılıqda ittiham olunub. Onların 10 nəfəri barədə həbs qətimkan tədbiri seçilib. Qalan üç nəfər isə girov müqabilində azadlığa buraxılıb.
Əslində, bu insanların yerli icra səlahiyyətlilərindən əsas tələbləri «öz meşələrini» kəsməkdə onlara maneçilik törətməmək istəyi idi. Çünki onların öz etirafları ilə desək, heç bir yerdə «ölü adamlara» meşə kəsmək qadağan edilməyib. Yəni bu insanlar, hələ də «canlı insan» kimi yaşadıqlarına da şübhə edirlər. Xatırladaq ki, bir müddət bundan əvvəl Ararat əyalətindəki kəndlərdən birinin sakinləri də əkinlərini suvarmaq üçün su tapmadıqları səbəbindən ərazidən keçən yolu bağlamışdılar. Həmin ərəfədə ərazi üzrə dövlət səlahiyyətlisi onları su pulu verməməkdə ittiham etmişdi.
Bu gün Ermənistanın balıqçılıqla məşğul olan ərazilərində də tezliklə göllərdən balıq tutlmasını qadağan edəcək göstəriş veriləcəyi barədə də söhbətlər eşidilməkdədir.
Qeyd edilməlidir ki, bu gün Ermənistanın bütün sahələrində problem yaşandığını etiraf edən «Lragir.am» saytı ölkənin strateji ehtiyatlarnın son onilliklər ərzində açıq şəkildə istismar edildiyini bildirir. Saytın fikrincə, bu problem Sovet dövründən - dəyərlər, düşüncə və psixoloji sistemindən qalan qalıqlarla daha da ağırlaşıb. Bundan başqa, bu gün dövlət qurumları ölkədə siyasi və iqtisadi sistemin şərtlərinə əks olaraq, funksiyalarını fərqli şəkildə yerinə yetirirlər. Hətta onların bəziləri qarşıya qoyulan məqsədləri tərs şəkildə həyata keçirirlər. Etiraf edilməlidir ki, elə bu gün də ölkənin bir çox sahələrində kölgə iqtisadiyyatının və onun dövriyyəsinin təhlükəsizliyi təmin edilməkdədir.
O da maraqlıdır ki, Ermənistandakı son hadisələrlə bağlı heç bir kompromis olmayacağını bəyan edən yeni hökumət, buna bənzər etirazlara sərt reaksiya veriləcəyini bildirib. Saytın etirafına görə, ölkə qanunvericiliyində düzəlişlər də daxil olmaqla, sərt üsullar lazımdır, lakin yeni hökumət ölkədəki sosial-iqtisadi problemlərin həlli üçün müəyyən addımlar atmalıdır. Sual olunur, nə ilə? Paşinyanın bütün imkanlarından yararlandığı artıq göz önündədir. Belə görünür ki, onun artıq ehtiyat resurslarından da yaralanmaq ehtimalı sıfıra bərabərdir.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”
30.07.2019
“Savadlı kadrların əksəriyyəti Ermənistanı tərk edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info