Göz xəstəliklərindən əziyyət çəkənlərin pulsuz müayinə və müalicəsi təşkil edilir
Tarix: 22.07.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qəsəbə və kəndlərdə aztəminatlı ailələrdə yaşayan, göz xəstəliklərdən əziyyət çəkən insanların pulsuz müayinə və müalicəsini təşkil etmək üçün səyyar xidmətin təşkili" adlı layihə həyata keçirir.
Birliyin sədri və layihə rəhbəri Dinara Bayramovanın verdiyi məlumata görə, layihə çərçivəsində seçilmiş rayonlarda (Saatlı, Sabirabad və Biləsuvar) yaşayan aztəminatlı ailələrdə yaşayan göz xəstəliklərindən əziyyət çəkən insanlar öncədən müəyyənləşdirilib və qeydiyyata alınıblar. Layihə icraçıları tərəfindən qeydiyyata alınmış xəstələr üçün 21-23 iyun tarixlərində Saatlida, 15-17 iyul tarixlərində Sabirabadda, 18-20 iyul tarixlərində Bilasuvarda pulsuz müayinə və müalicə səyyar xidmətlər təşkil olunub. Həmçinin ehtiyacı olan şəxslər optik eynəklərlə də təmin olunublar. Xüsusilə qeyd etmək lazımdır ki, göstərilən pulsuz xidmətlər peşəkar həkimlər tərəfindən həyata keçirilib.
Layihə çərçivəsində iştirakçılara çap məhsulları (bukletlər) paylanılıb.
Təbii ki, vətəndaşlarımızın sağlamlığı ilə bağlı həyata keçirilən hər bir uğurlu layihə problemin həllinə yönəlir. İcrası davam edən layihənin yekun mərhələsi üzrə dəyirmi masa təşkil olunacaq. Dəyirmi masada müvafiq dövlət qurumlarının əməkdaşları, QHT və KİV nümayəndələri iştirak edəcəklər. Layihənin icrasıyla bağlı sosial media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə məlumatlar veriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur
19.08.2019
Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş yarışda Masallı güləşçisi gümüş medal qazanıb
19.08.2019
Masallı rayonunun Türkoba ərazisində səyyar görüş-qəbulu
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info