Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
Tarix: 22.07.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Çinə son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı münasibətlərimizin gələcək inkişafı ilə bağlı səmərəli danışıqların aparıldığını qeyd etdi və bu səfər zamanı 10 mühüm sənədin imzalanmasının və Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu dedi. Prezident İlham Əliyev bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsini əməkdaşlığımızın iqtisadi, nəqliyyat sahələrində yaxşı perspektivlərə malik olmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edərək Çinin Xarici İşlər nazirinin bu il ölkəmizə səfərinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sun Tao qeyd etdi ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Qonaq qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə ciddi uğurlar qazanılıb.
Sun Tao bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd etdi. O, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə Azərbaycan Prezidenti arasında əlaqələrimizin genişləndirilməsi ilə bağlı mühüm razılaşmaların əldə edilməsinin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.
Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu çərçivədə gənclərin, elm adamlarının və ictimai xadimlərin səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyi qeyd edildi.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info