ABŞ-da yeni diaspor təşkilatı yaradılıb
Tarix: 22.07.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın Men (Maine) ştatında yeni Azərbaycan cəmiyyəti yaradılıb. İyulun 18-də yeni diaspor təşkilatı dövlət qeydiyyatına alınıb və onun fəaliyyətinə rəsmi icazə verilib.
Qeyd edək ki, bu cəmiyyətin yaradılması ideyasını soydaşımız Tərlan Əhmədov irəli sürüb. İyulun 10-da onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş təsis iclasında cəmiyyətin nizamnaməsi qəbul olunub. Qərara əsasən, Tərlan Əhmədov Azərbaycan cəmiyyətinin sədri, Ulduz Bədəlova sədr müavini, Nəzrin Mikayılova-Dixon katib, Tural Nadirli isə xəzinədar seçiliblər.
T.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətinin yaradılması məsələsi artıq zərurətə çevrilmişdi. Buradakı soydaşlarımızın sayının çoxalması, milli-mədəni tədbirlərin vahid bir mərkəzdən idarə olunması bunu tələb edirdi.
Qeyd edək ki, soydaşlarımızın bu ştatda yerləşməsi 90-cı illərin əvvəllərindən başlayıb. Hazırda ştatda cənubi Azərbaycandan olan soydaşlarımız da daxil olmaqla 80 nəfərə qədər azərbaycanlı yaşayır. Azərbaycanlı ailələr öz adət-ənənələrini, mədəniyyətini qoruyub saxlayır, digər millətlərin nümayəndələri arasında təbliğ edir, bütün milli və dövlət bayramlarımızı birlikdə qeyd edirlər. Həmyerlilərimiz Men ştatına yaşamağa gələn yeni azərbaycanlı ailələrin cəmiyyətə inteqrasiyası üçün yaxından köməklik göstərirlər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info