Azərbaycan Prokurorluğunun kollektivi jurnalistləri təbrik edib
Tarix: 22.07.2019 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Prokurorluğunun kollektivi Azərbaycan jurnalistlərini təbrik edib.
Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun rəsmi "Faceebok" səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mətbuatın rolu danılmazdır:
"Zəngin tarixə malik 144 yaşlı Azərbaycan milli mətbuatı “Əkinçi”nin idealları ilə xalqımızın azadlıq və inkişaf mənbəyinə çevrilərək vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm töhfələr vermişdir.
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin avqustunda senzuranın ləğvi ilə inkişafına ciddi təkan verilmiş Azərbaycan mətbuatının azad sözün, düzgün məlumatın və obyektiv informasiyanın əhaliyə vaxtında çatdırılması sahəsindəki əhəmiyyəti gündən-günə artmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söz və mətbuat azadlığının inkişafına hərtərəfli qayğısının göstəricisidir ki, bu gün ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha da geniş təşəkkülünə şərait yaratmış, ölkəmiz artıq qlobal informasiya sisteminə qoşulmuşdur.
Hörmətli jurnalistlər və KİV nümayəndələri Sizi Milli mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli peşə fəaliyyətinizdə uğurlar arzu edirik. Bayramınız mübarək!".




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
“Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb“
29.01.2020
Birgə müsabiqənin qalibləri mükafatlandırılıb
29.01.2020
“Qala Sığorta” ötənilki uğurlu fəaliyyəti ilə bağlı hesabatını açıqladı
29.01.2020
ƏƏSMN nə qədər şəxsə müavinət və təqaüd ödəyir?
29.01.2020
Koronavirusla bağlı əhaliyə tövsiyələr açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info