Müxalifətin “nailiyyətsizlik sindromu”
Tarix: 22.07.2019 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Həmrəylikdən uzaq olan Azərbaycan müxalifəti 1993-cü ildən bu tərəfə yalnız yersiz dedi-qodular, ittihamlar, ifşa, dava-qovğa, bir-birinin bostanına daş atmalar, qrant “savaşları” və s. kimi neqativlərlə yadda qalıb. Bu gün də həmin “ənənəni” davam etdirən müxalifət söz-söhbətlər, uğursuzluqlar burulğanında çabalamaqda davam edir. Xüsusən də ənənəvi müxalifəti təmsil edənlər bu arzuolunmaz halların yaranmasında əsas rol oynayırlar. “Yurd”un yaranmasından tutmuş, “Azadlıq” bloku, və s. birliklər, təşkilatlanmalarla gündəmə gələn müxalifət rəhbərləri əslində bu layihə və addımları ilə birləşmək əvəzinə, yeni-yeni parçalanmaların əsasını qoymuş olurdular. Bundan başqa Müsavat başqanı olmuş İsa Qəmbərlə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməz rəhbəri qalan Əli Kərimli arasında olan soyuq münasibət, hətta düşmənçilik həddinəcən çatmış davranışlar da unudulmayıb. Yəni digər müxalifət rəhbərləri arasında şəxsi münasibətlər əsasında yaranmış bu cür düşmənçiliklərlə bağlı onlarla misallar göstərmək olar. Bəs bu gün bu münasibətlər niyə hələ də davam edir? Müxalifət daxilində olan problemlər yaxşılığa doğru dəyişmək əvəzinə, niyə pis istiqamətdə gedir? Bir masa arxasında əyləşib, həmrəy ola bilməyən bu partiyalar xalqı necə öz arxaları ilə apara bilərlər axı? Sosial şəbəkələrdə “şirə” dönmüş müxalifət rəhbərləri niyə ictimai fikrə mənfi yöndən təsir edirlər? Oratya siyasi konsepsiyalar qoymaqla daha çox rəğbət qazana bilməzdilərmi? Bu kimi suallar günümüzdə öz aktuallığını saxlayır.
Əvvəla onu deyək ki, müxalifətdə olanların böyük əksəriyyəti 90-cı illərin əvvəllərində hakimiyyətdə olmuş uğursuz, səbatsız siyasətçilərdir. Bu səbəbdən də onların müxalifət cəbhəsində də uğurlu fəaliyyət göstərəcəyini düşünmək əvvəldən sadəlövlük olardı. İkincisi, bu işlərin tərs getməsinin əsas səbəbkarlarından biri daim Əli Kərimli olub ki, o da bu gün müxalifətdə hələ də “ayırımçı” siyasət sərgiləyir. Yeri gəlmişkən xatırladaq ki, bu həmin Əli Kərimlidir ki, vaxtilə öz əqidədaşı, rəhbəri, onu irəli çəkib vəzifə vermiş Əbülfəz Elçibəyə xəyanət etmişdi... Onu da qeyd etmək yerinə düşər ki, bu məsələ hələ də gündəmdədir və yeni-yeni simalar Elçibəyə xəyanət etməkdə davam edirlər. Əslində, ona yeni sima da demək doğru deyil. Yəni bu günlərdə Elçibəy haqqında ağır ittihamlar səsləndirən AXCP idarə heyətinin ilk üzvlərindən olmuş Leyla Yunus zaman-zaman Elçibəy barədə xoş olmayan ifadələr işlədib. İndi o yenidən güdəmə gələrək deyib ki, Elçibəy “KQB” agenti olub, yerlipərəst, klan hakimiyyəti qurub və s. Bu məsələlərə susan, gec də olsa Leyla Yunusa Sevinc Osmanqızının sualından sonra dünən cavab verməyə məcbur olan Əli Kərimli isə “hüquq müdafiəçisini” qınayaraq onun yersiz danışmasından, ittihamlarının və iftiralarının Elçibəy tərəfdarlarına ağır gəlməsindən söz açıb: “İndi bu qalmaqalın yeri idimi? İndiki vaxtda Leyla Yunusun etdikləri birincisi səhvdir, ikincisi isə ziyanlı addımdır...”. İndi yalnız Əli Kərimli ilə Leyla Yunus arasında narazılıq yaranmayıb, digər bəzi müxalifətçilər də Leyla Yunusun üzərinə gedərək sosial şəbəkələrdə yazırlar ki, onun dediklərini isbatlayacaq heç bir fakt yoxdur. Ümumiyyətlə,
Azərbaycan müxalifətində birliyin olmaması, vahid məxrəcə gələ bilməmək, şəxsi ambisiyalardan çıxış etmək kimi problemlərin yaxın gələcəkdə də aradan qalxacağı görünmür. Görünən odur ki, Leyla Yunus öz maraqlarına görə Elçibəyi aşağılamaqda davam edəcək. Əli Kərimli Qurban Məmmədov, ReAl Partiyasına qarşı hücumlar təşkil edəcək. Elə Qurban Məmmədov və ona yaxın şəxslər də AXCP sədrini və komandasını daim hədəf alacaq. Hətta iki-üç ildir ki, meydana atılan yeni qrant sevdalıları-mühacirlər də heç bir perspektiv vəd etmirlər. Siyasətdən bixəbər olan bu şoumenlər ilk gündən ənənəvi müxalifəti hədəf alaraq “köhnələr getməlidir” deyirlər. Hətta bu yaxınlarda yaranmış Azərbaycan Xalq Hərəkatının (AXH) tez bir zamanda parçalanması, sonradan isə dağılması da bu nailiyyətsizlik sindromunun daha bir nümunəsi kimi göstərilə bilər. Bu mövzuda və istiqamətdə dəfələrlə dava- qovğaların şahidi olmuşuq. Yeni qüvvələr ənənəvi müxalifəti söyməkdən də qalmırlar. Əslində, yenilərə qüvvə də demək olmaz. Bir qrup gənc gecə-gündüz Avropa küçələrində aldıqları qrantlar hesabına söyüşlə, təhqirlərlə, aksiyalar keçirməklə yadda qalırlar. Uzun sözün qısası, bütün bu və sadalamadığımız digər intriqaları, anormal fəaliyyətləri analiz etdikdə görürsən ki, müxalifətdə olanların birliyi nəinki real görünmür, hətta yaxın illərdə müxalifət daxilində yeni-yeni qruplaşmaların, fikir ayrılıqlarının olacağı qaçılmazdır. Azərbayan müxalifəti heç vaxt birləşməyib, birləşə bilməyib, özlərində o gücü, xarakteri tapa, ortaya qoya bilməyiblər. Sadəcə olaraq, görüntü naminə bəzi hallarda bir yerdə olduqlarını göstərməyə çalışıblar…
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Fuada ən böyük zərbəni AXCP vurdu”
23.09.2019
Hüseyn Quliyev Özbəkistan XİN rəhbərinə xüsusi medalı təqdim edib
23.09.2019
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı – VİDEO
23.09.2019
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info