Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Tarix: 22.07.2019 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.
Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.
Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə, Parlamentlər arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi.
Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov səfir Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb YENİLƏNİB-2
29.09.2020
Gürcüstanın “report.ge” saytı Azərbaycan Prezidentinin çıxışından materiallar yayıb
29.09.2020
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb YENİLƏNİB
29.09.2020
Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupunun rəhbərindən estonliyalı həmkarlarına müraciət
29.09.2020
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info