“Sanksiya olarsa, bizim də ABŞ-a verəcəyimiz cavablar var“
Tarix: 22.07.2019 | Saat: 23:34:00 | E-mail | Çapa göndər



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı düşmən mövqe sərgilədiyi təqdirdə cavab addımları atacaqlarını bildirdi.



Çavuşoğlu bunu özəl televiziya kanalında gündəmə dair sualları cavablandırarkən söylədi.

Xarici işlər naziri Türkiyənin milli müdafiə sənayesinin inkişafına çox əhəmiyyət verdiyini, bu istiqamətdə çox ciddi sərmayələr qoyduğunu və hazırda tələbatın 70 faizinin milli müdafiə sənayesi tərəfində ödənildiyini qeyd etdi.
Çavuşoğlu Türkiyənin öz döyüş təyyarələrini, tanklarını, helikopterlərini istehsal etmək üçün səy göstərdiyini vurğuladı.
Çavuşoğlu ABŞ-ın F-35 döyüş təyyarələrini verməməsi halında Türkiyənin özü istehsal edənə qədər tələbatı başqa yerlərdən alınan təyyalərlə ödəyəcəyini bildirərək, S-400 zenit-raket sistemlərinin Rusiyadan alınmasının bunun nümunəsi olduğunu ifadə etdi.
Nazir:"F-35 vermədikləri zaman da Türkiyə başqa alternativlərə üz tutarsa, deyəcək sözləri olmaz. Türkiyə tələbatını təbii ki, ortaq olduğu layihə vasitəsilə ödəmək istəyir, lakin bu olmasa, başqa variantlara müraciət etmə hüququ vardır. Hər şeydən əvvəl müstəqil və azad bir ölkənin atmalı olduğu addımları yeri gəldiyi zaman Türkiyə atar və atacaqdır" dedi.
ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi halında Türkiyənin necə cavab verəcəyi barədə sualı cavablandıran Çavuşoğlu:" Sanksiya olarsa, bizim də ABŞ-a verəcəyimiz cavablar var. ABŞ bizə qarşı düşmən mövqe nümayiş etdirsə, gizləmirik, biz də qarşı addımlar atarıq. Bu təhdid də deyil, blef də deyil" dedi.
Suriyanın İdlib şəhərinə qarşı hücumlara da toxunan xarici işlər naziri: "Bəşər Əsəd rejiminin hücumlarını dayandırma məsuliyyəti qonşumuz Rusyanın üzərindədir" deyə bildirdi.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“
23.08.2019
Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info